Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.

BiG.AZ Bakupost.az-a istinadən xəbər verir ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.

Komitə iclasında qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.

Amma təəssüf ki, "Ümumi təhsil haqqında" Qanuna yeni dəyişiklik şərh edilərkən bəzi anlaşılmazlıqlar yaranıb. Belə ki, bəzi hallarda bu "müəllimlər üçün vahid geyim forması" - eyni model kostyum və ya paltar kimi başa düşülüb. Halbuki qanun layihəsində belə sərt tələb qoyulmur. Burada söhbət vahid forma yox, peşəyə uyğun dres-kod tələbindən gedir.

"Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliklərlə bağlı təklifdə, maddə 4-də təhsilverənlər (yəni müəllimlər) üçün "vahid geyim forması" yox, "geyim ilə bağlı tələblər"dən söhbət gedir. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunması nəzərdə tutulur.

Bu isə, heç də məcburi "vahid paltar" demək deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır ki, dərs dediyi şagirdlərdə də anoloji mühit aşılansın.

Burada başlıca məqsəd məktəbdə peşəkar iş mühiti və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək, şagirdlərin diqqətini dərsə yönəltməkdən ibarətdir.

Dəyişiklik niyə önəmlidir?

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Bakı və regionlar üzrə indiyə qədər 10-dan artıq məktəb öz qərarları ilə müəllimlərin vahid formaya keçidini tətbiq edib: "Bu nümunənin Azərbaycan cəmiyyətində daha geniş tətbiqi arzuolunandır. Çünki yaxşı effekt verir".

Ekspert qeyd edir ki, belə bir qərarın olması bir tərəfdən, müəllimlərin, xüsusilə xanım müəllimlərin vaxtına qənaətdir. Digər tərəfdən, bu həm də şagirdlərin müəllimə münasibətinə və müəllim nüfuzuna xidmət edəcək bir məsələdir: "Beynəlxalq təcrübədə də vahid forma anlayışı olmasa da, müəllimlər üçün geyim formasında müəyyən məhdudiyyətlər var. Azərbaycanda da Elm və Təhsil Nazirliyinin təhsilverənlərlə bağlı "Etik davranış qaydaları" tətbiq olunub ki, burada da geyim formaları ilə bağlı xüsusi qeydlər var. Başqa bir tərəfdən, Pedaqoji Şuranın qərarı olmadan belə, müəllimlər arasında məktəbə ətəklər qara, köynəklər ağ formada gəlməklə bağlı ümumi razılıq var. Bəzi məktəblər rəsmi qərar olmadan gündəlik fəaliyyətlərini belə müəyyənləşdirib".

Həmsöhbətimizə görə, həmin prosesə kütləvi keçid müəllimlərin digər ictimai yerlərdə də nüfuzlarının qorunması baxımından müəyyən şans yaradacaq: "Başqa bir tərəfdən, aparılan müzakirələrdən görünür ki, qərara əməl etməyənlərə münasibətdə cərimələrin tətbiqi də nəzərdə tutulmur. Sadəcə, Pedaqoji Şuraların özləri müəllimlərin etik davranış qaydalarına əməl olunub-olunmaması ilə bağlı müəyyən tənbeh tədbirləri görəcək".

Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, müəllimlərlə bağlı bu kimi addımlar bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur: "Qarşımızda Cənubi Koreya, Skandinaviya ölkələri təcrübələri var. Müəllim forması məsələsi hər hansı bir neqativ və ya pozitivlə ölçülmür. Pedaqogika kiçik nüanslara belə zərgər dəqiqliyi ilə yanaşma tələb edən sahədir".

Ekspert düşünür ki, müəllimin formada olması sinif daxilində, pedaqoji işin təşkili prosesində, şagirdlərin fokuslanmasında, onların təhsil mühitinə bağlılığı baxımından daha üstün mövqe yaradır: "Pedaqoji qanunlar şagird psixologiyası, zehniyyəti əsasında müəyyənləşir. Şagird müəllimin də formada olduğunu, səliqəli geyindiyini görəndə, özünün şüurunda ona qaydaların tərkib hissəsi kimi baxır. Belə olduqda bu dəyərləndirmə prosesi ona başqa dəyərlər də əlavə edir. Bu məsələ təkcə geyimdən ibarət deyil. Şagird zehniyyəti müəllimi prosesin fərdi kimi görəndə özü də nəyəsə daha yaxşı maraq göstərir. Bu addım hər hansı bir zərərə, ziyana xidmət etmir, olsa daha yaxşıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 139
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 136
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

11:07 212
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 202
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 351
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 218
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 306
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 148
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 105
.