​Toydan bir gün sonra boşandılar: səbəb bu imiş

​Toydan bir gün sonra boşandılar: səbəb bu imişMillət vəkili Ceyhun Məmmədovun tanış bir hakimin təcrübəsinə istinadən paylaşdığı fakt - gənclərin nikahdan cəmi bir gün sonra boşanmaq üçün məhkəməyə müraciət etməsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu açıqlama müasir dövrdə ailə institutunun üzləşdiyi dərin mənəvi və psixoloji böhranın miqyasını növbəti dəfə gözlər önünə sərir. Məsələnin kökündə dayanan psixoloji amillər, illüziyaların dağılması və real məsuliyyətlə qəfil qarşılaşma anı böyük maraq doğurur.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az saytına açıqlamasında deyib ki, toydan dərhal sonra baş verən bu cür boşanmaların arxasında emosional yetkinliyin olmaması və münasibətlərin tamamilə zahiri, qondarma dəyərlər üzərində qurulması dayanır:

"Gənclər çox vaxt evliliyi yalnız təmtəraqlı bir toy məclisindən və sosial şəbəkələrdə nümayiş etdiriləcək ideal kadrlardan ibarət hesab edirlər, lakin şənlik ab-havası bitib real həyat başladıqda ilk psixoloji toqquşmada dözümsüzlük nümayiş etdirirlər".

Psixoloq qeyd edib ki, cütlüklərin bir günün içində ayrılma qərarı verməsi onların qarşılıqlı güzəşt mədəniyyətindən uzaq olduqlarını, nikahdan əvvəl tərəfdaşlarının real xarakterini, gizli psixoloji travmalarını və gözləntilərini düzgün analiz etmədiklərini göstərir: "Nikahın ilk günündə tərəflərin bir-birinin hər hansı bir hərəkətinə, ifadəsinə və ya keçmişinə aid qəfil üzə çıxan bir sirlə bağlı göstərdiyi aqressiv və barışmaz reaksiya, daxili qorxuların və psixoloji hazırlıqsızlığın pik nöqtəsidir. Belə anlarda tərəflər problemi dialoq yolu ilə həll etmək əvəzinə, fərdi eqolarını qorumaq üçün ən asan yolu - qaçışı və boşanmanı seçirlər ki, bu da müasir gəncliyin psixoloji dayanıqlığının son dərəcə zəif olduğunu sübut edir".

Mütəxəssis vurğulayıb ki, bəzi hallarda kişilərdə gizli psixoloji pozuntu olduğu üçün ağla gəlməyən fantaziyalarını həyata keçirmək istəyirlər, bu isə qarşı tərəfdə təhqir və şəxsiyyətin alçalması kimi anlaşılır və geridönüşsüz proses baş verir: "Qadın gedən də, ata-ana sözü ilə dözüb həmin kişi ilə eyni damın altında qalanda da zərərçəkmiş tərəf olur".

Vüsalə Rüstəm evlənmək istəyən gənclərə tövsiyə edib ki, hisslərin ötəri heyranlığına qapılmaq əvəzinə, bir-birlərini xarakter, dünyagörüşü və həyat prinsipləri baxımından dərindən tanımağa zaman ayırsınlar: "Evlilik yalnız sevgi dumanından ibarət deyil. Bura qarşılıqlı hörmət, böyük məsuliyyət və ən çətin anlarda belə ortaq məxrəcə gələ bilmək bacarığı daxildir. Gənclər toy öncəsi mütləq psixoloji hazırlıqdan keçməli, ailə həyatının gətirdiyi öhdəlikləri dərk etməli, münasibətləri illüziyalar deyil, real təməllər üzərində qurmağa çalışmalıdırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 192   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığ

16:37 216
.

"100 minə görə 4 balamı anasız qoyursunuz" - VİDEO

Yol qəzasında bir nəfərin ölümü və digər şəxsin ağır xəsarət alması ilə bağlı təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyeva məhkəmə prosesinin uzanmasına etiraz edib. xəbər verir ki, bloqer sosial şəbəkədə açdığı canlı yayım zamanı göz yaşları içində günahsız olduğunu iddia edib

14:50 445
.

Moskva ilk dəfə müharibənin nəticələrini hiss edir - FT

Moskva sakinləri Ukraynanın artan dron hücumları fonunda Rusiya rəhbərliyinin başlatdığı genişmiqyaslı müharibənin təsirlərini ilk dəfə daha açıq şəkildə hiss etməyə başlayıblar. xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır. Qəzetin məlumatına görə, yaz aylarından etibarən Ukraynanı

14:30 205
.

Bakıda və Abşeronda yağışlı hava BU TARİXƏDƏK DAVAM EDƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından etibarən tədricən dayanacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında yarımadanın bəzi ərazilərində şimşək çaxma ehtimal

15:00 274
.

Azərbaycanlı qadın Türkiyədə həbs edildi - 800 minlik saxta evlilik

Bir neçə gün əvvəl Türkiyə telekanallarından birində Müge Anlının verilişində qonaq olan Ramazan Yıldız adlı şəxs azərbaycanlı qadın tərəfindən aldadılaraq 800 min lirə (29 200 manat) vəsaitinin ələ keçirildiyini bildirib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli polisin keçirdiyi tədbirlərl

15:20 198
.

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi: Mülki şəxslər evlərinə qaytarılıblar

Kursk vilayətinin beş sakini də daxil olmaqla, yeddi mülki şəxs Ukrayna ərazisindən Rusiyaya qaytarılıb. -ın İzvestiya.ru-ya xəbərinə görə, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib. Məlumata görə, Ukrayna tərəfi ilə birgə humanitar işlər çərçivəsində rusiyalıları

21:20 84
.

Çimərliyə getmək istəyənlər bunu oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran

16:00 173
.

Bəhreyn PUA hücumundan sonra İranı suverenliyi pozmaqda ittiham edib

Bəhreyn səhər saatlarında krallığın ərazisinə İranın pilotsuz uçuş aparatları (PUA) ilə hücumunu pisləyərək, Tehranın ölkənin suverenliyini və öz beynəlxalq öhdəliklərini pozduğunu bildirib. "Report" xəbər verir ki, müvafiq bəyanatı Bəhreynin Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki

16:10 159
.

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?. İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəz

14:15 179
.

TOP MP3