Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxs adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərərvurma maddələri üzrə günahkar bilinib. Məhkəmənin qərarı məhkəmə-tibbi ekspertizası, psixiatriya və dilçilik sahəsi üzrə mütəxəssislər də daxil olmaqla, səkkiz ekspertin rəyinin və 109 şahidin ifadəsinin dinlənildiyi uzunmüddətli prosesdən sonra elan edilib.
Vurğulanıb ki, məhkəmə prosesi çoxlu sayda zərərçəkmişin və onların nümayəndələrinin iştirakı ilə baş tutub. Cinayət işinin materialları bir neçə min səhifədən ibarət olub. Media mənbələrinin məlumatına əsasən, dinləmələr zamanı müttəhimin davranışı dəfələrlə məhkəmədə müzakirə mövzusu olub. Onun bəzi ifadələr zamanı aqressivlik nümayiş etdirə bildiyi, həmçinin şəxsiyyəti barədə danışılarkən emosional reaksiyalar verdiyi bildirilib. Bundan əvvəl aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulduğu bildirilsə də, o, anlaqlı hesab edilib və cinayət məsuliyyətinə cəlb olunub.
Xatırladaq ki, terror aktı 20 dekabr 2024-cü il tarixində axşam saatlarında baş verib. BMW markalı yolsuzluq avtomobilinin Maqdeburqda ənənəvi Milad yarmarkasında insanların arasına girməsi nəticəsində 6 nəfər həlak olub, onlarla insan isə xəsarət alıb. Daha sonra isə bu terror hücumunun bir neçə həftə ərzində planlaşdırıldığı da məlum olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 552 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
30.09.2026 277 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 49 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
30.09.2026 349 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 214 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 39 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
30.09.2026 191 1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
08:39 142 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 25 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 46