Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.
Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?
Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələr var ki, orada yay tətili qısadır:
"Məsələn, Azərbaycanda yay tətilinin qısaldılması biliklərin unudulmasını azalda bilər. Məsələn, ibtidai siniflərdə müəyyən qədər hazırlıqsız olanlar, valideyn diqqətindən kənarda qalanlar, əməyə cəlb olunanlar var ki, bunlar məktəbə gəlsələr, əlbəttə ki, onlar üçün biliklərin unudulmasının qarşısı müəyyən qədər alınar. Yəni məktəbə gələcək, məcburdur ki, təkrarlasın.
Bu, tədris proqramının mənimsənilməsi imkanlarını artıra bilər. Qiymətləndirmədə layihə fəaliyyətlərinə və digər sahələrə vaxt ayırmaq üçün daha geniş imkanlar yarada bilər".
Müsahibimiz məsələnin riskli tərəflərindən də danışdı:
"Yəni tətil sadəcə keyfiyyətin artırılması üçün deyil. Burada şagirdin dincəlməsinə də ehtiyac var.
Ona görə də bu məsələyə bir qədər geniş yanaşsaq, onsuz da bizim şagirdlər əksər hallarda tətil müddətində də hazırlıqlara, repetitor yanına gedirlər. O baxımdan bunun rəsmiləşdirilməsi bəlkə də abituriyentlərə və valideynlərə müəyyən fayda verə bilər. Amma burada iqlim amili də nəzərə alınmalıdır. İqlim amili əsas rol oynayır.
Əlbəttə ki, burada 40 dərəcəyə qədər isti olan bölgələr var ki, orada tədrisin keyfiyyətindən belə söhbət gedə bilməz. Düşünürəm ki, həm müəllimlər, həm də şagirdlər mövcud sistemə artıq adaptasiya olunub, uyğunlaşıblar. Əgər belə bir rəsmi addımın atılması vacib hesab edilsə, o halda bunun hansı müddətdə artırılmasının məqsədəuyğun olduğu düşünülməlidir. Təbii ki, yay aylarında tədris müddətinin artırılması heç bir effekt verməz. Ona görə də yəqin ki, bu, uzun müzakirələr tələb edən və yalnız nəticələri hesablandıqdan sonra addımlar atılması lazım gələn bir məsələdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 114 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMariya Stenerqard: Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard dayanıqsız atəşkəs rejimi fonunda Yaxın Şərqdəki vəziyyəti "son dərəcə gərgin" kimi xarakterizə edib. "Report" xəbər verir ki, bu barədə İsveçin XİN rəhbəri "X" sosial şəbəkəsində yazıb. "Yaxın Şərqdə vəziyyət həl
27.06.2026 139 Azərbaycanlı qadın Türkiyədə həbs edildi - 800 minlik saxta evlilik
Bir neçə gün əvvəl Türkiyə telekanallarından birində Müge Anlının verilişində qonaq olan Ramazan Yıldız adlı şəxs azərbaycanlı qadın tərəfindən aldadılaraq 800 min lirə (29 200 manat) vəsaitinin ələ keçirildiyini bildirib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli polisin keçirdiyi tədbirlərl
27.06.2026 214 Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?. -a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələ
00:09 103 UKMTO Hörmüz boğazında tankere hücum barədə məlumat verib
Hörmüz boğazında tankerə hücum edilib, ekipaj üzvləri zərər çəkməyib. Bu barədə "Report" Böyük Britaniyanın HDQ yanında Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir. "UKMTO Hörmüz boğazında baş verən insidentlə bağlı məlumat alıb. Gəminin kapitanı naməlum mərmi dəyməsi nəticəsind
27.06.2026 176 Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
27.06.2026 137 Toydan bir gün sonra boşandılar: səbəb bu imiş
Millət vəkili Ceyhun Məmmədovun tanış bir hakimin təcrübəsinə istinadən paylaşdığı fakt - gənclərin nikahdan cəmi bir gün sonra boşanmaq üçün məhkəməyə müraciət etməsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu açıqlama müasir dövrdə ailə institutunun üzləşdiyi dərin mənəvi və psixoloji böhranın miqyasın
27.06.2026 286 Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü
00:19 103 Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı
Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib. -ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Xəsarət alanla
27.06.2026 172 Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir. Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltav
27.06.2026 176