Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…Azərbaycanda orta aylıq əməkhaqqının 1150 manatı keçməsi geniş müzakirə olunur. Rəsmi statistikaya görə, ölkədə əməkhaqqı göstəricilərində artım qeydə alınıb. Bununla belə, cəmiyyətdə bu rəqəmin real gəlirləri nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Orta aylıq əməkhaqqının artmasına hansı amillər təsir edib? Yaxın dövrdə əməkhaqqı və sosial ödənişlərlə bağlı yeni artımların baş verməsi gözlənilirmi?

Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva deyib ki, ölkədə orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-aprel aylarında 1172,1 manat təşkil edib:

"Bu göstərici 2025-ci ilin yanvar-noyabr ayına olan göstəricisi ilə müqayisədə təxminən 8 faiz artım deməkdir. Təbii ki, ilin sonunadək bu göstəricidə dəyişiklik ola bilər. Orta aylıq əməkhaqqının artımı əsasən yüksək maaşlı sahələr hesabına formalaşıb. Xüsusilə neft-qaz sənayesi, maliyyə və sığorta sektoru, informasiya texnologiyaları və dövlət sektorunda müşahidə olunan maaş artımları buna təsir edib".

Ekspert qeyd edib ki, Bakı ilə regionlar, eləcə də dövlət və özəl sektor arasında əməkhaqqı fərqləri qalmaqdadır:

"Kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində əməkhaqları orta göstəricidən aşağıdır. Minimum əməkhaqqının artırılmasına ehtiyac var. Buna ildə azı bir dəfə yenidən baxılması orta aylıq əməkhaqqına nisbətin yüksəlməsinə xidmət edə bilər. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının tələblərinə əsasən, bu nisbət 60 faizdən aşağı olmamalıdır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici adətən 60 faizdən yüksəkdir. Hazırda Azərbaycanda bu nisbət təxminən 34 faiz təşkil edir".

Ekspert vurğulayıb ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin böyük olması gəlir bərabərsizliyini daha da dərinləşdirə bilər:

"Çünki orta maaşın artımı əsasən yüksək gəlirli sahələr hesabına baş verdikdə, aşağı gəlirli sosial qruplar bunu real rifah artımı kimi hiss etmirlər. Ölkədə minimum əməkhaqqından aşağı maaş alan şəxslər də var və yaşayış xərclərinin artması onların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir".

Professor əlavə edib ki, problemin həlli yalnız minimum əməkhaqqının inzibati qaydada artırılması ilə mümkün deyil:

"Fərqin azaldılması üçün əmək bazarı siyasəti, vergi mexanizmləri və iqtisadi inkişaf strategiyası arasında kompleks və uzlaşdırılmış yanaşma tələb olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 214
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 270
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 216
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 214
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30.09.2026 268
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 300
.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

30.09.2026 435
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

30.09.2026 325
.

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg

30.09.2026 250
.