"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev satılır - qiyməti inanılmazdır
Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayalığın zirvəsində inşa edilən və qeyri-adi görünüşü ilə məşhurlaşan ev satışa çıxarılıb. Vaxtilə "Düyün Dərnək 2" filminin bəzi səhnələrinin çəkildiyi tikili üçün 30 milyon lirə qiymət müəyyən edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, evi illər əvvəl təqaüddə olan müəllimlər Bekir və Nermin Taştan cütlüyü inşa etdirib.
İstanbuldakı iş həyatını başa vurduqdan sonra sakit həyat sürmək istəyən cütlük Kemaliyeyə köçərək rayon mərkəzinə hakim mövqedə yerləşən qayalığın zirvəsində ev tikmək qərarına gəlib.
Evə yalnız 96 pilləkənlə qalxmaq mümkündür
Tikinti zamanı qum, sement və digər materiallar əvvəlcə insan və heyvanların köməyi ilə qayalığın ətəyinə daşınıb. Daha sonra isə primitiv kanat sistemi vasitəsilə zirvəyə çatdırılıb.
Təxminən iki il davam edən tikintidən sonra tamamlanan evə yalnız qayaya oyulmuş 96 pilləli pilləkənlə qalxmaq mümkündür.
Turistlərin maraq göstərdiyi məkan
Vadiyə və rayon yoluna panoramik mənzərəsi ilə seçilən ev zamanla Kemaliyenin rəmzlərindən birinə çevrilib. Buraya həm yerli, həm də xarici turistlər tez-tez baş çəkir və tikili rayonun ən çox fotoşəkil çəkilən məkanlarından biri hesab olunur.
Qeyri-adi memarlığı sayəsində ev kino və serial yaradıcılarının da diqqətini cəlb edib. Rejissor Səlcuq Aydəmirin çəkdiyi, Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin və Şinasi Yurtseverin rol aldığı "Düyün Dərnək 2" filminin bəzi səhnələri də məhz burada lentə alınıb.
Hazırda yay aylarını Kemaliyedə, qış aylarını isə İstanbulda keçirən Taştan ailəsi iyunun sonunda evi satışa çıxarıb. Rayonun simvollarından sayılan tikili üçün 30 milyon Türkiyə lirəsi qiymət müəyyənləşdirilib.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 280 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə etməli? - Psixoloqların TÖVSİYƏSİ
Uşağınızdan nənəsini qucaqlamağı xahiş edirsiniz, amma o, sizin arxanızda gizlənir. Siz narahat olursunuz, nənə inciyir, uşaq isə özünü gərgin hiss edir. Belə vəziyyət bir çox ailəyə tanışdır. Mütəxəssislər bildirirlər ki, uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək onda hörmət hissi yaratmır, əksinə
09.08.2026 210 Dolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin
Üzüm yarpaqları ilə bükülmüş dolma əsrlərdir Azərbaycan mətbəxinin ən qədim və sevilən yeməklərindən biridir. Dolma sadəcə sadə bir yemək deyil; o, səbr və bacarıq tələb edən kulinariya sənətidir. Lakin, əksər ənənəvi yeməklərdə olduğu kimi, dolmanın uğurun təxminən 70%-i bükülmək üçün seçilmiş üzü
01.08.2026 253 Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir
İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə
06.08.2026 316 Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
Çinin "Moonshot" şirkətinin ən son süni intellekt modeli "Kimi K3" sınaq kibertest mühitindən çıxa bilib. bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Hadisə tərtibatçıların öz texnologiyaları üzərində nə dərəcədə effektiv nəzarətə malik olduqları ilə bağl
08.08.2026 206 Qarpızı dondurmaq olar? - Düzgün üsul
Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur
09.08.2026 215 Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların
01.08.2026 237 Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər
Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir. xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonr
09.08.2026 259 Qarpızın üstünə buna görə daş qoyurlar
Çində bəzi fermerlərin yetişməkdə olan qarpızların üzərinə daş qoyması ilk baxışdan qəribə görünsə də, bu üsulun arxasında uzun illərdir tətbiq olunan maraqlı kənd təsərrüfatı təcrübəsi dayanır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində günəş şüalarının təsiri ilə qızan daşlar istiliy
09.08.2026 329 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
08.08.2026 688