Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət
Həkimlər xəbərdarlıq edirlər ki, barmaqların hərəkətində yaranan bəzi dəyişikliklər təhlükəli xroniki xəstəliyin ilk əlamətlərindən biri ola bilər. Mütəxəssislərin sözlərinə görə, barmaqları tam açmaqda çətinlik, ağrı və onların ovuc istiqamətində öz-özünə bükülməsi gizli şəkərli diabetdən xəbər verə bilər.
Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, birləşdirici toxumanın və vətərlərin qalınlaşması çox vaxt 2-ci tip şəkərli diabetə rəsmi diaqnoz qoyulmazdan əvvəl inkişaf etməyə başlayır.
Yüksək şəkər barmaqlara necə təsir edir?
Mütəxəssislər bildirirlər ki, qanda uzun müddət yüksək qlükoza səviyyəsi qan damarlarını zədələyir və birləşdirici toxumaların elastikliyini azaldır. Bunun nəticəsində əllərdəki vətərlər qalınlaşır, iltihablanır və normal şəkildə hərəkət edə bilmir.
Nəticədə barmaqların hərəkəti məhdudlaşır, onları açarkən ağrı və "çıqqıltı" hissi yaranır. Xəstəlik irəlilədikcə barmaqlar ovuc istiqamətində bükülü vəziyyətdə qala bilər.
İlk əlamətlər hansılardır?
Bu problem adətən qəfil başlamır. İlk mərhələdə səhərlər barmaqlarda yüngül sərtlik, dartınma hissi və hərəkət zamanı narahatlıq müşahidə olunur. Vaxtında müalicə aparılmadıqda barmaqları açmaq daha da çətinləşir və bu hərəkət ağrılı səslə müşayiət oluna bilər.
Həkimlər qeyd edirlər ki, belə hallarda biləkdə sinirlərin sıxılması və karpal tunel sindromunun yaranma riski də artır.
Müalicə və profilaktika
Bu əlamətlərlə qarşılaşan şəxslərə qanda şəkərin səviyyəsini yoxlatdırmaq və laborator müayinədən keçmək tövsiyə olunur. Erkən mərhələlərdə istirahət, barmağın xüsusi şinlə hərəkətsiz saxlanılması və yerli iltihabəleyhinə inyeksiyalar vəziyyəti yüngülləşdirə bilər. Konservativ müalicə nəticə vermədikdə isə sıxılmış bağların cərrahi yolla kəsilməsi tətbiq oluna bilər.
Mütəxəssislər vurğulayırlar ki, şəkərli diabeti olan insanlarda əməliyyatdan sonrakı sağalma prosesi daha uzun çəkə bilər. Bununla belə, qanda şəkərin normal səviyyədə saxlanılması, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və normal bədən çəkisinin qorunması həm daxili orqanların, həm də dayaq-hərəkət sisteminin sağlamlığını qorumağa kömək edir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 550 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşI Nikolayın qızının cehizi bu qiymətə satıldı
Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ
14.11.2026 279 Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15.11.2026 286 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 510 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 568 Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 268 Pomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14.11.2026 343 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1201 Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində
14.11.2026 285 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 446