Yumurtanın təzə olub-olmadığını belə yoxlamaq olar

Yumurtanın təzə olub-olmadığını belə yoxlamaq olarYumurtanın təzə olub-olmadığını müəyyən etmək üçün ev şəraitində tətbiq edilə bilən sadə üsullar var.

BiG.AZ demokrat.az-a istinadən xəbər verir ki, bu üsullar həm qida təhlükəsizliyi baxımından, həm də mətbəxdə daha keyfiyyətli nəticə əldə etmək üçün faydalıdır.

Mütəxəssislərin tövsiyə etdiyi ən praktik üsullardan biri su testidir. Bunun üçün dərin bir qaba soyuq su doldurub yumurtanı içinə yerləşdirmək kifayətdir.

Yumurta qabın dibinə üfüqi şəkildə çökürsə, bu, onun kifayət qədər təzə olduğunu göstərir. Dibə çökərək şaquli vəziyyətdə qalırsa, yumurtanın bir qədər köhnəldiyi, lakin hələ də istifadə edilə biləcəyi ehtimal olunur. Suyun səthinə çıxan yumurtalar isə içindəki hava boşluğunun böyüməsi səbəbindən daha bayat ola bilər.

Yumurtanın təzəliyini sındırdıqdan sonra da yoxlamaq mümkündür. Təzə yumurtada sarı daha hündür və yumru olur, ağı isə qatı qalaraq sarının ətrafında çox yayılmır. Köhnəlmiş yumurtalarda isə sarı daha yastı görünür, yumurta ağı isə durulaşaraq boşqabda daha geniş yayılır.

Digər üsullardan biri də yumurtanı yüngülcə silkələyərək səsinə qulaq asmaqdır. Təzə yumurtalarda daxili quruluş daha sıx olduğu üçün adətən səs eşidilmir. Köhnə yumurtalarda isə daxildəki mayenin hərəkəti səbəbindən zəif şappıltı səsi yarana bilər.

Yumurtanı sındırmadan yoxlamaq üçün işığa tutma üsulundan da istifadə olunur. Güclü işıq altında yumurtanın içindəki hava boşluğunu müşahidə etmək mümkündür. Təzə yumurtalarda bu boşluq kiçik olur, köhnə yumurtalarda isə daha böyük görünür.

Mütəxəssislər bildirirlər ki, bu sadə yoxlamalar yumurtanın istifadəyə yararlı olub-olmadığı barədə ilkin fikir verir. Bununla yanaşı, yumurta sındırıldıqdan sonra xoşagəlməz qoxu, qeyri-adi rəng və ya görünüş müşahidə edilərsə, onu istifadə etmək tövsiyə edilmir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 525   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

I Nikolayın qızının cehizi bu qiymətə satıldı

Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ

14.11.2026 279
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15.11.2026 286
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 510
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 568
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15.11.2026 268
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14.11.2026 343
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1201
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14.11.2026 285
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14.11.2026 446
.