Zəkası aşağı olan insanların ən çox seçdiyi üç rəng

Zəkası aşağı olan insanların ən çox seçdiyi üç rəngİnsanların sevdiyi rənglərin onların xarakteri və düşüncə tərzi haqqında müəyyən ipucları verə biləcəyi uzun illərdir psixoloqların diqqət mərkəzindədir. Son araşdırmalardan birində Cənubi Koreyanın Hanayanq Universitetinin alimləri rəng seçimləri ilə insanın koqnitiv xüsusiyyətləri arasında mümkün əlaqəni araşdırıblar. Bununla belə, mütəxəssislər nəticələrin qəti hökm kimi qəbul edilməməsi lazım olduğunu vurğulayırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada yüksək intellekt və emosional zəka göstəricilərinə malik insanların daha çox yumşaq, mürəkkəb və pastel çalarlara üstünlük verməyə meylli olduqları müşahidə edilib.

Məsələn, mavi-boz və digər sakit tonlar daha çox düşüncəli insanlar tərəfindən seçilib. Tədqiqat müəlliflərinin müşahidələrinə əsasən, daha parlaq və diqqətçəkən rənglərə üstünlük verən şəxslər arasında qırmızı və ya fuşya, flüoresan sarı, eləcə də parlaq laym yaşılı rəngləri daha çox seçənlər olub. Alimlər bunun ani emosional stimul və vizual təsir axtarışı ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Hanayanq Universitetinin psixoloqları Jülyet Juet və Con Hi Ha bildirirlər ki, cəsarətli və parlaq rənglərə meyl insanların dərhal emosional məmnunluq əldə etmək istəyi ilə bağlı ola bilər.

Lakin psixoloqlar xəbərdarlıq edirlər ki, yalnız sevimli rəngə əsaslanaraq insanın intellekti haqqında nəticə çıxarmaq düzgün deyil. Onların sözlərinə görə, rəng seçiminə həyat təcrübəsi, xarakter xüsusiyyətləri, həmin andakı əhval-ruhiyyə və psixoloji vəziyyət kimi çoxsaylı amillər təsir göstərir.

Məqalədə isveçrəli psixoterapevt Maks Lüşerin hazırladığı məşhur rəng testinə də toxunulur. Həmin yanaşmaya görə, qara rəngi daha çox introvert insanlar, ağ rəngi isə ekstrovert və açıq xarakterli şəxslər seçirlər. Qırmızı rəng enerjili və iradəli insanlarla əlaqələndirilir, mavi isə sakitlik, daxili harmoniya və sülh rəmzi hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, rəng seçimləri insan psixologiyası barədə müəyyən ipucları versə də, bunlar intellekt səviyyəsini qiymətləndirmək üçün etibarlı meyar hesab edilə bilməz. Buna görə də hər hansı rəngi sevmək insanın IQ səviyyəsinin yüksək və ya aşağı olması anlamına gəlmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

01.10.2026 111
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

01.10.2026 222
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

01.10.2026 138
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 244
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

01.10.2026 348
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 348
.