"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
19 iyul 2016-cı il tarixində sosial şəbəkələr üzərindən fəaliyyətə başlayan "1xeber" bu gün artıq 10 illik uğur yolunu geridə qoyur.
Fəaliyyətə başladığımız ilk gündən əsas məqsədimiz cəmiyyət üçün əhəmiyyət kəsb edən sosial, ictimai-siyasi və aktual hadisələri operativ, obyektiv və məsuliyyət prinsiplərinə sadiq qalaraq ictimaiyyətə çatdırmaq olub. Hələ sosial medianın xəbər mənbəyi kimi yeni formalaşdığı dövrdə "1xeber" Azərbaycanda bu sahədə peşəkar fəaliyyət göstərən ilk xəbər platformalarından biri kimi öz yerini tutdu və qısa müddətdə geniş oxucu auditoriyasının etimadını qazandı.
Ötən 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə izləyicilərimizə çatdırmaqla yanaşı, cəmiyyətin həssas problemlərinə də xüsusi diqqət ayırmışıq. Biz inanmışıq ki, jurnalistikanın əsas missiyası yalnız xəbəri yaymaq deyil, həm də insanların səsini eşitdirmək, onların üzləşdiyi çətinlikləri ictimailəşdirmək və problemlərin həllinə töhfə verməkdir.
Məhz bu prinsiplə fəaliyyət göstərərək qaynar xəttimizə daxil olan minlərlə müraciəti araşdırmış, vətəndaşların sosial problemlərini işıqlandırmış, aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmışıq. Bir çox hallarda bu müraciətlərin müsbət həll olunması, insanların sevincinə və ümidinə şərik olmağımız bizim üçün ən böyük mənəvi qazanc olub.
Bu illər ərzində qazandığımız ən böyük uğur milyonlarla baxış, yüz minlərlə izləyici və statistik göstəricilər deyil. Ən böyük uğurumuz oxucularımızın bizə göstərdiyi etimad, inam və sevgidir. Məhz bu etimad bizi hər gün daha məsuliyyətli işləməyə, cəmiyyət qarşısında daşıdığımız missiyanı layiqincə yerinə yetirməyə ruhlandırır.
Bu gün "1xeber" yalnız xəbər paylaşan platforma deyil. O, insanların müraciət ünvanına çevrilmiş, sosial problemlərin ictimailəşdirilməsində fəal iştirak edən, operativliyi və etibarlılığı ilə seçilən media resursudur.
Arxada qalan 10 il ərzində bizə güvənən bütün oxucularımıza, izləyicilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və fəaliyyətimizə dəstək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk.
Biz inanırıq ki, qarşıdakı illərdə də "1xeber" peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq həqiqətin, obyektivliyin və cəmiyyətin yanında olmağa davam edəcək.
10 il bizim üçün sadəcə zaman göstəricisi deyil. Bu, minlərlə xəbər, on minlərlə hadisə, saysız-hesabsız insan taleyi, böyük etimad və məsuliyyət deməkdir.
19 iyul 2016-cı ildə başladığımız bu yol bu gün daha böyük inamla davam edir. Qarşıda isə bizi yeni uğurlar, yeni layihələr və daha böyük hədəflər gözləyir.
10 ildir sizinləyik. Etimadınız ən böyük dəyərimizdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 571 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
21:36 3 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 188 İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı
Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"
19:45 122 Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı
Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila
18:30 179 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
21:00 89 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 236 Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl
15:45 199 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
18:15 145 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
16:43 171