"ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV"ABŞ hərbçilərinin həlak olması Vaşinqtonun hərbi-siyasi qərarlarına ciddi təsir göstərən amillərdəndir. Prezident Donald Trampın son açıqlamaları da göstərir ki, ABŞ geri çəkilmək niyyətində deyil və İranın cavab zərbələrinə daha sərt reaksiya verməyə hazırlaşır. Hazırda Qərb mediasında ABŞ-ın İrana qarşı məhdud quru əməliyyatları planlaşdırdığı barədə məlumatlar yayılır, lakin bu planların təsdiqləndiyi barədə rəsmi qərar yoxdur.

Hesab edirəm ki, ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil. Çünki İranın coğrafiyası, hərbi potensialı və regiondakı təsir imkanları belə bir əməliyyatı uzunmüddətli və ağır itkilərlə müşayiət olunan müharibəyə çevirə bilər. Bununla belə, xüsusi təyinatlı qüvvələrin iştirakı ilə lokal quru əməliyyatları, strateji obyektlərin ələ keçirilməsi və ya sərhəd zonalarında məhdud hərbi əməliyyatların keçirilməsi istisna edilə bilməz." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, İsrail məsələsinə gəldikdə, bu ölkə münaqişədən tam kənarda qalmayıb. Son hadisələr göstərir ki, İranın raket və pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə İsrail üçün də davam edir. Buna görə də vəziyyət daha da gərginləşərsə, İsrailin yenidən daha fəal hərbi iştirak ehtimalı artır. Bu, xüsusilə İranın İsrail ərazisini və ya onun təhlükəsizlik maraqlarını birbaşa hədəfə alacağı halda baş verə bilər.

Körfəz ölkələri isə olduqca mürəkkəb seçim qarşısındadır. Bir tərəfdən onlar ABŞ-ın strateji tərəfdaşlarıdır, digər tərəfdən isə müharibənin öz ərazilərinə keçməsini istəmirlər. Buna görə də onların əksəriyyəti birbaşa döyüşlərə qoşulmaqdan daha çox öz hava hücumundan müdafiəsini gücləndirməyə, ABŞ-a logistika və kəşfiyyat dəstəyi verməyə, eyni zamanda diplomatik kanalları açıq saxlamağa üstünlük verəcəklər. İranın Körfəz ölkələrinə yönələn hücumları isə həmin dövlətlərin təhlükəsizlik siyasətini daha da sərtləşdirə bilər.

"Düşünürəm ki, Yaxın Şərqdə vəziyyət son dərəcə təhlükəli mərhələyə daxil olub. ABŞ-ın hava zərbələri davam edə, məhdud quru əməliyyatları gündəmə gələ bilər. Lakin genişmiqyaslı quru işğalı həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan böyük risklər daşıdığından, Vaşinqtonun bu qərarı verməsi üçün əlavə ciddi səbəblər tələb olunur. Hazırkı mərhələdə əsas təhlükə müharibənin region ölkələrini də əhatə edən genişmiqyaslı qarşıdurmaya çevrilməsi və bunun dünya enerji bazarına, beynəlxalq təhlükəsizliyə və qlobal iqtisadiyyata ağır təsirlər göstərməsidir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

21:36 3
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

14:47 188
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 122
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

18:30 179
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

21:00 89
.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 236
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 199
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

18:15 145
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 171
.