Keyfiyyətli unu necə seçməli?

Keyfiyyətli unu necə seçməli?Un mətbəxdə ən çox istifadə olunan ərzaq məhsullarından biri olsa da, mağaza rəflərində fərqli marka, növ və təyinatlı məhsulların çoxluğu istehlakçıların seçim etməsini çətinləşdirir. Xüsusilə son illər satışa çıxarılan 1-2 kiloqramlıq "şirniyyat üçün un" adı ilə təqdim olunan məhsullar alıcılarda suallar yaradır.

Bu unlar həqiqətən də yalnız şirniyyatların hazırlanması üçün xüsusi texnologiya ilə istehsal olunur, yoxsa bu, daha çox marketinq məqsədi daşıyır? Bəs keyfiyyətli unu seçərkən hansı meyarlara diqqət yetirmək lazımdır?
Keyfiyyətli unu necə seçməli?Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli qeyd etdiyiniz kimi, cəmiyyətimizdə və hətta bəzi qida sahəsi təmsilçiləri arasında formalaşmış köklü bir stereotip var. Yaxşı, keyfiyyətli çörək, ya şirniyyat mütləq əla növ və 1-ci sort ağ undan hazırlanmalıdır. Onun sözlərinə görə, vitrinlərdə gördüyümüz pambıq kimi yumşaq, ağ və qabarmış çörəklər keyfiyyət analoqu kimi qəbul edilib: "Amma bu yanaşma yalnız məhsulun vizual və texnoloji görünüşünə xidmət edir. İnsan orqanizminin fizioloji ehtiyacları və xəstəliklərin profilaktikası baxımından bu yanaşma yanlışdır. Buğda dənəsi üç xarici qoruyucu kəpək təbəqəsi, daxili qida ehtiyatı olan endosperm və bitkinin rüşeymindən ibarətdir. Dənənin ən zəngin hissəsi məhz onun kəpək və rüşeym qatıdır. Kəpək hissəsi orqanizm üçün faydalı pəhriz lifləri, B qrupu vitaminləri, mineral maddələr ilə zəngindir. Rüşeym hissəsi isə güclü antioksidant olan E vitamini və doymamış yağ turşularının mənbəyidir.

Əla növ unun alınması prosesində dənə xüsusi dəyirman vallarından keçirilərək onun kəpək və rüşeym hissəsi tamamilə ayrılır. Geriyə yalnız dənənin mərkəzində yerləşən endosperm qalır. Endosperm yalnız karbohidratdan və qlüten zülallarından ibarət olan bir kütlədir. Yəni biz əla növ un əldə edərkən dənənin tərkibindəki bioloji aktiv maddələrin, vitamin və mineralların təxminən böyük hissəsini, liflərin isə tamamını itirmiş oluruq. Nəticədə əlimizdə yalnız boş kalori mənbəyi olan nişasta tozu qalır.

Qida texnologiyası baxımından əla növ un çörəkçilər və şirniyyatçılar üçün çox rahat bir xammaldır. Çünki kəpəkdən azad olunmuş endospermdə kleykovina şəbəkəsi maneəsiz şəkildə formalaşır. Xəmir yoğrularkən elastik olur, mayalanma zamanı ayrılan karbon qazını öz daxilində rahatlıqla saxlayır, nəticədə çörək böyük həcmdə qabarır, içi pambıq kimi yumşaq və rəngi ağ olur. Amma metabolik baxımdan bu çörək orqanizm üçün böyük bir yükə çevrilir.

Əla növ undan hazırlanan məhsullar mədə-bağırsaq sisteminə daxil olduqda, tərkibində lif olmadığı üçün çox sürətlə həzm olunur və nişasta dərhal qlükozaya parçalanaraq qana sovrulur. Bu da qanda şəkərin kəskin yüksəlməsinə və mədəaltı vəzinin çox insulin hormonunu ifraz etməsinə səbəb olur. Tez-tez əla növ undan hazırlanmış çörək və şirniyyatlar istehlak etmək insulin müqavimətinə, ikinci tip şəkərli diabetə, piylənməyə və damar xəstəliklərinə birbaşa səbəb olur.

Market rəflərində rast gəldiyimiz xüsusi çörək unu, ya tort, şirniyyatlar üçün xüsusi un istehsalat standartları baxımından doğrudur. Amma bu o demək deyil ki, sağlam seçimdir. Qida sənayesində unlar tərkibindəki zülalın faiz nisbətinə görə təsnif edilir. Yəni bu xüsusi unlar sadəcə xəmirin fiziki davranışını standartlaşdırmaq üçün texnoloji çeşidləmələrdir. Əgər əla növ ağ buğda unundan hazırlanıbsa, sağlamlıq baxımından adi ağ undan heç bir fərqi yoxdur.

İnsan orqanizmi üçün ən faydalı və təhlükəsiz unlar dənənin bütün hissələrini özündə saxlayan tam dənli unlar, çovdar unu, yulaf unu, qarabaşaq unudur. Tam dənli unlardan hazırlanan çörəyin qlikemik indeksi aşağıdır. Bu çörəyin tərkibindəki həzm olunmayan pəhriz lifləri mədədə həcmi genişləndirərək uzunmüddətli toxluq hissi yaradır. Xolesterinin qana sovrulmasının qarşısını alır və ən əsası bağırsaqlarımızın sağlamlığını tənzimləyən mikrobiotanı bəsləyir. Çovdar unu isə tərkibindəki xüsusi kompleks karbohidratlar sayəsində qanda şəkərin səviyyəsini ən stabil saxlayan un növlərindən biridir.

Sonda vurğulaya bilərəm ki, sağlam qidalanmaya keçid kəskin və stessli olmamalıdır. Birbaşa tam dənli çörəyə keçmək bəzən həzm sistemində müvəqqəti köp və narahatlıq yarada bilər, çünki bağırsaq florası lifə öyrəşməlidir. Mətbəxdə əla növ unu tədricən azaltmaq, xəmir hazırlayarkən unun yarıdan çoxunu tam dənli unla əvəzləmək, şirniyyatlarda isə badam və ya yulaf ununa yer vermək ən doğru addımdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 206
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

19:30 121
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

20:15 95
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 107
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

18:30 159
.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 153
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 163
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

21:15 1
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

20:32 68
.