Saxta kosmetik vasitələrin görünməyən təhlükələri - DERMATOLOQDAN AÇIQLAMA
Kosmetik vasitələrə tələbat artdıqca bazarda saxta və mənşəyi məlum olmayan məhsulların sayı da çoxalır. Xarici görünüşünə görə orijinal məhsullardan seçilməsi çətin olan bu vasitələr istehlakçıların sağlamlığı üçün ciddi risk yarada bilər.
Keyfiyyətsiz tərkibə malik məhsullar allergik reaksiyalar, dəri qıcıqlanması, infeksiyalar və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs saxta kosmetik vasitələri orijinalından necə ayırmaq olar? Alış-veriş zamanı hansı məqamlara diqqət edilməlidir?
Mövzu ilə bağlı dermatoloq Elnarə Sultanova BiG.AZ-a açıqlamasında bildirdi ki, saxta kosmetik vasitələr təkcə maddi zərərə deyil, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, belə məhsulların istehsalında istifadə olunan xammalın mənşəyi, keyfiyyəti və təhlükəsizlik standartlarına uyğunluğu çox vaxt məlum olmur: "Bəzi hallarda bu məhsulların tərkibində normadan artıq ağır metallar, qadağan edilmiş boyaq maddələri, kortikosteroidlər, yüksək miqdarda ətirvericilər və ya bakteriya və göbələklərlə çirklənmiş komponentlər ola bilər. Nəticədə istifadəçilərdə dəri qızartısı, qaşınma, yanma hissi, allergik reaksiyalar, kontakt dermatit, sızanaqların kəskinləşməsi, dəri infeksiyaları və hətta uzunmüddətli piqment dəyişiklikləri yarana bilər.
Risk xüsusilə həssas dəriyə malik şəxslərdə, uşaqlarda və xroniki dəri xəstəliklərindən əziyyət çəkən insanlarda daha yüksəkdir. Kosmetik məhsul seçərkən qablaşdırmanın keyfiyyətinə, istehsalçı haqqında məlumatlara, son istifadə tarixinə, qoruyucu etiketlərin bütövlüyünə və məhsulun rəsmi satış məntəqələrindən əldə olunmasına diqqət yetirilməlidir. Qiymətinin bazar dəyərindən xeyli aşağı olması, çap keyfiyyətinin zəifliyi və ya etiketdə məlumatların natamam olması məhsulun saxta olmasına işarə edə bilər.
Kosmetik vasitədən istifadə etdikdən sonra dəridə qızartı, qaşınma, səpkilər, şişkinlik və ya digər narahatlıqlar yaranarsa, məhsulun istifadəsi dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir. Sağlamlıq üçün risk yaratmamaq adına mənşəyi məlum olmayan və sosial şəbəkələrdə qeyri-rəsmi satıcılardan təqdim edilən kosmetik vasitələrin alınmasından çəkinmək məqsədəuyğundur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 618 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
18:15 135 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
20:30 58 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
16:37 223 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
17:51 182 Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl
15:45 193 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 117 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
15:32 226 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 186 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 320