Eyni vaxtda həm magistraturaya, həm MİQ-ə hazırlaşdı - 90 bal topladı
14-18 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
İmtahanda yüksək nəticə göstərən namizədlərdən biri də ibtidai sinif müəllimliyi üzrə namizəd Nəzrin Mirzəyeva olub. O, MİQ-in test imtahanı mərhələsində 90 bal toplayıb.
AzEdu.az Nəzrin müəllimlə həmsöhbət olub.
Eyni vaxtda həm magistratura, həm də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına hazırlaşdım:
"Bu il universitet təhsilimi müvəffəqiyyətlə tamamlayaraq bakalavr təhsilimi uğurla başa vurdum. Universitetdə təhsil aldığım müddətdə yalnız nəzəri biliklərlə kifayətlənməyərək müxtəlif könüllü fəaliyyətlərdə iştirak etdim, sosial və təhsil yönümlü layihələrdə fəallıq göstərdim.
Peşəkar inkişafımı davam etdirmək məqsədilə eyni vaxtda həm magistratura, həm də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına hazırlaşdım. Qarşıma qoyduğum məqsədə çataraq hər iki imtahanda uğur qazandım və MİQ imtahanında 90 bal nəticə əldə etdim".
Gələcəkdə əsas hədəfim Bakı şəhərinin məktəblərində müəllim kimi fəaliyyət göstərməkdir:
"Hazırda dörd illik pedaqoji fəaliyyət təcrübəsinə malikəm. Bu müddət ərzində şagirdlərlə səmərəli ünsiyyət qurmaq, tədris prosesini planlaşdırmaq və müasir təlim metodlarını tətbiq etmək sahəsində öz bacarıqlarımı inkişaf etdirmişəm.
Düşünürəm ki, müasir və interaktiv təlim metodlarından, xüsusilə müxtəlif tədris oyunlarından istifadə etməklə şagirdlərə dərsləri sevdirə və öyrənmə prosesini onlar üçün daha maraqlı edə bilərəm.
Məqsədim yalnız bilik ötürən müəllim olmaq deyil, eyni zamanda şagirdlərin etibar etdiyi, motivasiya aldığı və sevərək dərsə qatıldığı bir müəllim kimi yadda qalmaqdır. Əldə etdiyim bütün nailiyyətlər mənim üçün böyük məsuliyyət və qürur mənbəyidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 583 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
18:15 135 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
20:30 58 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
16:37 223 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
17:51 182 Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl
15:45 193 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 117 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
15:32 226 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 186 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 320