Kirayə ev, aşağı maaş, amma ardıcıl uşaqlar - Ailə planlaması niyə vacibdir? - PSİXOLOQDAN AÇIQLAMA
Azərbaycanda sosial və iqtisadi çətinliklər fonunda ailə planlaması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi ailələr kirayə mənzildə yaşayır, məhdud gəlirlə dolanır, hətta eyni evdə iki ailə birlikdə məskunlaşır. Buna baxmayaraq, ardıcıl olaraq uşaqların dünyaya gəlməsi həm ailə büdcəsinə, həm də uşaqların sağlam böyüməsi, təhsili və sosial rifahına təsir edən amillərdən biri kimi qiymətləndirilir. Bu vəziyyət cəmiyyətdə bir sıra suallar doğurur: Ailə planlaması ilə bağlı maarifləndirmə yetərlidirmi? Valideynlər uşaq sahibi olmadan əvvəl maddi imkanlarını və yaşayış şəraitini kifayət qədər nəzərə alırlarmı?
Məhdud gəlirlə çoxuşaqlı ailələrin sayının artması gələcəkdə hansı sosial və iqtisadi problemlərə səbəb ola bilər? Mövzu bu baxımdan həm demoqrafik, həm də sosial siyasət aspektindən geniş müzakirə tələb edir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə ailə planlaşdırması haqqında məlumat hər kəsdə eyni səviyyədə olmur. Onun sözlərinə görə, bəzi insanlar demək olar ki, ancaq evliliyə fokuslanır amma ailə planlaşdırılması ümumiyyətlə aparılmır: "Uşağa sahib olmağı həyatın axarına buraxırlar və maddi vəziyyəti, uşaq sayını düşünmədən, şüurlu və uzunmüddətli plan olmadan ailənin yaşayışı çətinləşməyə başlayır. Belə olduğu təqdirdə xroniki maddi çətinlik uzun zaman davam edə bilir. Stress, gərginlik daim davam edir və ailədə məsafələr, soyuqluq, mübahisələr çoxalır. Uşağın qidası, xəstələnməyi, təhsili, arzuları çətinliklə qarşılandığından uşaq yük fiquruna çevrilir. Belə hallar ailə planlaşdırılması mədəniyyətinin və maarifləndirmənin kifayət qədər inkişaf etmədiyini göstərir.
Təhsil, sosial mühit, iqtisadi şərait, mədəni dəyərlər, reproduktiv sağlamlıq barədə məlumatlılıq və ailədaxili qərarvermə kimi amillər rol oynayır. Evlilik uşaq gözləntisi üzərində deyil, şüurlu tərəfdaşlıq üzərində qurulmalıdır. Buna görə də ailə qurmaq və ailəni düzgün idarə etmək barədə maarifləndirmə olduqca vacibdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 876 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
18:15 135 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
20:30 58 Tramp: "O məni sevir, narahat olmayın"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is
16:37 223 Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
17:51 182 Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl
15:45 193 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
19:15 117 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
15:32 226 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 186 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 320