"Gələcəyin televiziya modeli rəqəmsal platformalar, kabel yayımı və sosial media inteqrasiyası üzərində qurulacaq" - BƏHRUZ QULİYEV

"Gələcəyin televiziya modeli rəqəmsal platformalar, kabel yayımı və sosial media inteqrasiyası üzərində qurulacaq" - BƏHRUZ QULİYEV"Son illər televiziya yayımı sahəsində baş verən texnoloji dəyişikliklər göstərir ki, media istehlakçısının davranışı ciddi şəkildə dəyişib. Əgər bir vaxtlar peyk yayımı geniş auditoriyaya çatmağın əsas vasitəsi hesab olunurdusa, bu gün rəqəmsal platformalar, kabel televiziyaları və sosial media informasiyanın daha operativ və daha təsirli şəkildə yayılmasına imkan yaradır.

Bu baxımdan hesab edirəm ki, peyk yayımının yüksək maliyyə xərcləri artıq əvvəlki qədər özünü doğrultmur. Əsas məsələ hansı platformadan yayımlanmaq deyil, məzmunun keyfiyyəti, operativliyi və auditoriyaya çatdırılma effektivliyidir. Bu gün kabel televiziyaları və internet üzərindən yayımlanan televiziya kanalları daha geniş və hədəf auditoriyaya çatmaq imkanına malikdir. Sosial şəbəkələr vasitəsilə materialların sürətlə paylaşılması isə televiziya məhsulunun təsir gücünü daha da artırır.

Səs TV-yə gəldikdə isə qeyd etmək istərdim ki, kanalımızın fəaliyyəti qanunvericiliyə uyğun şəkildə verilmiş kabel televiziya yayımı lisenziyası əsasında həyata keçirilir. Biz fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq və hesab edirik ki, mövcud media reallığında bu model daha səmərəli və perspektivlidir.

Səs TV üçün prioritet böyük vəsaitlər hesabına peyk yayımına çıxmaq deyil, peşəkar məzmun istehsalını gücləndirmək, kabel platformaları, rəqəmsal yayım imkanları və sosial media vasitəsilə auditoriyaya daha operativ, keyfiyyətli və ideoloji baxımdan faydalı informasiya çatdırmaqdır. Müasir media mühitində uğurun əsas meyarı yayım texnologiyasının özü deyil, auditoriya ilə effektiv kommunikasiya qura bilməkdir." Bu fikirləri Səs Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.

"Gələcəyin televiziya modeli rəqəmsal platformalar, kabel yayımı və sosial media inteqrasiyası üzərində qurulacaq" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, gələcəyin televiziya modeli rəqəmsal platformalar, kabel yayımı və sosial media inteqrasiyası üzərində qurulacaq. Bu istiqamət həm iqtisadi baxımdan daha səmərəlidir, həm də dövlətin informasiya siyasətinin və milli maraqların daha çevik şəkildə həyata keçirilməsinə xidmət edir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

18:15 135
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

20:30 58
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

16:37 223
.

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg

17:51 182
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 193
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

19:15 117
.

Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA

Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea

15:32 226
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

14:47 186
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

13:06 320
.