Bank kartınızı kibercinayətkarlardan necə qoruya bilərsiniz?

Bank kartınızı kibercinayətkarlardan necə qoruya bilərsiniz?Son illərdə Azərbaycanda kiberdələduzluq halları artmaqda davam edir. Dələduzlar müxtəlif üsullarla vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə, onların hesablarından qanunsuz pul çıxarmağa çalışırlar.

Saxta SMS-lər, fişinq saytları, sosial şəbəkələrdə göndərilən şübhəli keçidlər və özünü bank əməkdaşı kimi təqdim edən şəxslər ən çox istifadə olunan üsullar sırasındadır. Bəs vətəndaşlar kart hesablarının kibercinayətkarların hədəfinə çevrilməməsi üçün hansı təhlükəsizlik qaydalarına əməl etməlidirlər?
Bank kartınızı kibercinayətkarlardan necə qoruya bilərsiniz?Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, onlayn təhlükələrdən qorunmaq üçün nə etmək olar?

Müasir dövrdə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz internetdən təhsil almaq, ünsiyyət qurmaq, alış-veriş etmək və məlumat əldə etmək üçün istifadə edirik. Lakin internetdən istifadə edərkən müxtəlif təhlükələrlə də qarşılaşa bilərik. Buna görə də onlayn təhlükələrdən qorunmaq üçün bəzi vacib qaydalara əməl etmək lazımdır.

Əvvəla, hər kəs öz hesabları üçün güclü və fərqli parollar seçməlidir. Parollar heç kimlə paylaşılmamalı və iki mərhələli təsdiqləmə aktiv edilməlidir. Bundan başqa, tanımadığımız şəxslərdən gələn mesajlara və şübhəli keçidlərə daxil olmaq olmaz. Belə keçidlər şəxsi məlumatların oğurlanmasına və ya cihazlara zərərli proqramların yoluxmasına səbəb ola bilər.

Həmçinin, kompüter və telefonlarda istifadə olunan proqramlar mütəmadi yenilənməli, etibarlı antivirus proqramlarından istifadə edilməlidir. Sosial şəbəkələrdə şəxsi məlumatları, ünvanı və bank kartı məlumatlarını paylaşmaq təhlükəli ola bilər. İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən isə ehtiyatlı olmaq lazımdır.

İnternetdən təhlükəsiz istifadə etmək hər bir insanın məsuliyyətidir. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə şəxsi məlumatlarımızı qoruya və onlayn təhlükələrin qarşısını böyük ölçüdə ala bilərik.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 156
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 79
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 252
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 254
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 226
.

Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti

15:07 146
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 197
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 222
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15:12 148
.