Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər Azərbaycanda müxtəlif ölkələrdən idxal olunan xurmalar market və bazarlarda geniş satışa çıxarılır. İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail və digər ölkələrdən gətirilən bu məhsullar həm dadına, həm də qida dəyərinə görə alıcıların marağına səbəb olur.
Bununla yanaşı, istehlakçılar arasında xurmaların uzun müddət xarab olmaması üçün onlara xüsusi kimyəvi maddələrin vurulduğu ilə bağlı iddialar da zaman-zaman gündəmə gəlir. Bəs bu fikirlər nə dərəcədə doğrudur? Xurma alarkən məhsulun keyfiyyətini müəyyən etmək üçün hansı əlamətlərə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, xurma həm qidalı, həm də uzun müddət saxlanıla bilən meyvələrdən hesab olunur. Lakin alıcılar xurma seçərkən bəzi məqamlara diqqət etməlidirlər. Onun sözlərinə görə, ilk növbədə məhsulun görünüşü təbii olmalı, üzərində kif, xoşagəlməz qoxu, həddindən artıq yapışqanlıq və ya fermentasiya əlamətləri olmamalıdır: "Xurmanın rəngi növünə görə dəyişə bilər, lakin səthində qeyri-adi ləkələr və ya xarab olma əlamətləri olmamalıdır. Çəki ilə satılan məhsulların tozdan, həşəratlardan və birbaşa günəş şüalarından qorunaraq saxlanılması da vacibdir.
Xurmaların xarab olmaması üçün onlara xüsusi kimyəvi maddələrin vurulması ilə bağlı iddialara gəldikdə isə, bu fikri bütün məhsullara şamil etmək düzgün deyil. Qida sənayesində bəzi quru meyvələrin saxlanma müddətini artırmaq və görünüşünü qorumaq məqsədilə qida təhlükəsizliyi normalarına uyğun konservantlardan və ya qoruyucu texnologiyalardan istifadə oluna bilər. Lakin bu maddələr qanunvericiliyin icazə verdiyi həddə və etiketdə göstərilməklə tətbiq edilməlidir. Çəki ilə satılan məhsullarda isə istehlakçı istifadə olunan maddələr barədə məlumat əldə etməkdə çətinlik çəkə bilər.
Bu səbəbdən mümkün olduqda mənşəyi məlum olan, qablaşdırılmış, etiket məlumatları tam göstərilən və etibarlı satış nöqtələrindən alınan xurmalara üstünlük vermək tövsiyə olunur. İstehlakdan əvvəl xurmanın yuyulması da gigiyenik baxımdan vacibdir.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 156 İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı
Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"
19:45 79 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 252 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
14:36 254 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
14:11 226 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
15:07 146 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 197 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 222 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
15:12 148