Günay Əfəndiyeva: "Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır"

Günay Əfəndiyeva: "Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır"22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və bu sahədə çalışan hər kəsi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai-siyasi düşüncəsinin formalaşması ilə sıx bağlıdır. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin böyük fədakarlıq və milli məfkurə ilə nəşr etdirdiyi "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Qəzetin təsisçisi olan Həsən bəy Zərdabi həm də xalqın milli özünüdərkinin güclənməsi, cəmiyyətin tərəqqisi üçün ömrünü həsr etmiş görkəmli ziyalı idi.
"Əkinçi"dən başlayan bu şərəfli yol sonrakı dövrlərdə Azərbaycan jurnalistikasının zəngin və çoxşaxəli ənənələrinin təməlini təşkil edir. Qəzetin ideyaları sonrakı nəslin tanınmış maarifçiləri tərəfindən uğurla davam etdirilmişdir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və digər milli düşüncənin aparıcı nümayəndələri mətbuatın milli ideya əsaslarının möhkəmləndirilməsi uğrunda əzmlə fəaliyyət göstərirdilər.
XX əsrin 90-cı illərindən başlayaraq müstəqil Azərbaycanın milli mətbuatının bugünkü inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməliyik. Ulu Öndərin media ilə açıq ünsiyyət ənənəsi, bu sahəyə verdiyi dəyər ölkədə peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə, eləcə də bu gün ölkəmizdə tanınan və nüfuz qazanan jurnalistlərin böyük bir nəslinin yetişməsinə güclü təsir göstərmişdir.
30 il ərzində Qarabağ münaqişəsi və işğal dövründə Azərbaycan jurnalistikasının üzərinə böyük məsuliyyət düşürdü. İşğal olunmuş ərazilərimizdə törədilən cinayətlərin, dağıntıların, tarixi və mədəni irsimizə qarşı həyata keçirilən vandalizmin, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsinin dünya ictimaiyyətinə çatdırılması ciddi bir informasiya mübarizəsi idi.
44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, mediamız, xalqımız, hər bir vətəndaşımız vahid məqsəd ətrafında birləşdi, tarixi gerçəklərin qlobal miqyasda yayılmasında həmrəylik nümayiş etdirdi.
II Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidentinin qətiyyətli çıxışları, müsahibələri, dillər əzbərinə çevrilən, səsləndirdiyi unudulmaz ifadələri informasiya cəbhəsində Qələbənin ən güclü nümunələrindən biri kimi tarixə yazıldı. Dövlət başçısı həm Azərbaycanın milli maraqlarını böyük əminliklə, prinsipiallıqla, dönməz iradə ilə qoruyur, həm də münaqişənin mahiyyətini, çoxəsrlik həqiqətlərimizi beynəlxalq auditoriyaya dolğun və əsaslandırılmış şəkildə nümayiş etdirirdi.
Bu gün də Qarabağın tarixi reallıqlarının, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin beynəlxalq media mühitində geniş şəkildə yayımlanması bizim jurnalistikamız qarşısında mühüm vəzifələrdəndir.
Bu gün Azərbaycan Prezidentinin həm yerli, həm də dünyanın aparıcı media qurumlarına mütəmadi müsahibələri vasitəsilə Azərbaycanın milli mövqeyi, regionda baş verən proseslər, ölkəmizin inkişaf strategiyası ilə bağlı məsələlər birbaşa geniş ictimaiyyətə təqdim olunur. Bu, həm də müasir diplomatiyada və informasiya məkanında açıq, çevik və təsirli kommunikasiya siyasətinin mühüm nümunəsidir.
Müasir dövrdə informasiya platforması həm də dövlətlərin beynəlxalq nüfuzuna, ictimai rəyə və siyasi proseslərə təsir edən önəmli strateji amildir. Bu baxımdan peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın əhəmiyyəti daha da artır. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir dövrdə jurnalistin peşə etikası, dəqiqliyi, məsuliyyəti və vətənpərvər mövqeyi olduqca ciddi mahiyyət daşıyır.
Bu gün Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır - Milli mətbuatımızın 150 ildən artıq ənənələrini yaşatmaq, inkişaf etdirmək. Milli jurnalistikamızın tərəqqisi, ölkəmizin informasiya təhlükəsizliyinə, milli maraqlarımızın qorunmasına xidmət edir.

Günay Əfəndiyeva - Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 156
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

19:45 79
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 252
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 254
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 226
.

Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti

15:07 146
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 197
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 222
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15:12 148
.