"Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.
İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər. Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" nəşrlərinin adlarını daşıyıblar.
Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət "Həyat" komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan "Ziya" kollektivi ilə qarşılaşıb. Görüş "Həyat" komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Final oyununda isə idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan "Əkinçi" komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub.
Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində "Tərəqqi", "Əkinçi" və "Həyat" komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib. Turnirin ən yaxşı qapıçısı "Ziya" komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə "Tərəqqi"nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla təltif olunublar.
Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim edilib. Eyni zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə "Avrora Qrup"a "Etibarlı Tərəfdaş" plaketi verilib.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 834 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
23:30 18 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
19:20 177 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
21:35 153 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
23:50 0 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 160 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
22:45 103 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 164 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
22:30 124 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
18:50 164