ABŞ-Səudiyyə Ərəbistanı nüvə sazişi: Yaxın Şərqdə nələr dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ şirkətlərinin dəstəyi ilə nüvə energetikası proqramını inkişaf etdirmək imkanı yaradır. Bununla yanaşı, sazişdə uranın zənginləşdirilməsi ilə bağlı bəzi məhdudiyyətlərin yer almaması nüvə silahlarının yayılması riskinə dair narahatlıqları artırıb.
Sənədin yaxın günlərdə ABŞ Konqresinə təqdim ediləcəyi və ciddi müzakirələrə səbəb olacağı gözlənilir. Yaranan vəziyyət fonunda ekspertlər hesab edirlər ki, ABŞ-Səudiyyə Ərəbistanı nüvə əməkdaşlığı təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də Yaxın Şərqdə təhlükəsizlik balansına, xüsusilə İranla bağlı geosiyasi proseslərə təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş təkcə iqtisadi və enerji layihəsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə dəyişən geosiyasi balansın tərkib hissəsidir: "Vaşinqton bir tərəfdən regiondakı əsas müttəfiqlərindən biri ilə strateji əlaqələri gücləndirməyə, digər tərəfdən isə İranın təsir imkanlarını balanslaşdırmağa çalışır. Sazişin mülki nüvə enerjisi məqsədi daşıdığı bildirilsə də, onun region ölkələri tərəfindən necə qəbul ediləcəyi böyük əhəmiyyət kəsb edir. İran və digər regional aktorlar bu əməkdaşlığı təhlükəsizlik prizmasından qiymətləndirə bilər ki, bu da yeni siyasi gərginliklərə səbəb ola bilər.
Digər tərəfdən, ABŞ üçün bu razılaşma Yaxın Şərqdə təsir imkanlarını qorumaq və enerji, texnologiya sahələrində əməkdaşlığı genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə sazişin şərtləri və icra mexanizmi həm beynəlxalq təşkilatlar, həm də region dövlətləri tərəfindən diqqətlə izlənəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 839 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 156 İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı
Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"
19:45 79 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 252 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
14:36 254 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
14:11 226 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
15:07 146 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 197 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 222 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
15:12 148