Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər.
Bununla yanaşı, valideynlərin də övladlarının məktəbdə müəyyən edilmiş geyim qaydalarına riayət etməsini təmin etmək vəzifəsi qanunda ayrıca təsbit olunub. Qeyd edək ki, söhbət müəllimlər üçün vahid forma tətbiqindən deyil, tədris mühitinə uyğun işgüzar və peşəkar geyim standartlarının müəyyən edilməsindən gedir.
Mövzu ilə bağlı təhsil eksperti Anar Salehov BiG.AZ-a açıqlamasında bildirdi ki, müəllim məktəbdə təkcə dərs deyən şəxs deyil, həm də şagird üçün nümunədir. Onun sözlərinə görə, bu baxımdan geyim mədəniyyəti də peşə etikasının bir hissəsi hesab olunur: "Qanunda bu məsələnin əksini tapması məktəblərdə daha vahid və peşəkar mühitin formalaşmasına xidmət edə bilər. Burada əsas məqsəd müəllimlər üçün vahid forma tətbiq etmək deyil, onların təhsil müəssisəsinə uyğun, səliqəli və işgüzar geyim tərzinə riayət etməsini təmin etməkdir. Bununla yanaşı, yeni qaydaların tətbiqi zamanı meyarlar aydın şəkildə müəyyənləşdirilməlidir. Əks halda, müxtəlif məktəblərdə eyni məsələyə fərqli yanaşmalar yarana bilər.
Geyimlə bağlı tələblər müəllimlərin hüquqlarını məhdudlaşdırmamalı, eyni zamanda məktəbin nüfuzunu və tədris mühitini qorumağa xidmət etməlidir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən hazırlanacaq qaydalar və izahlar xüsusi əhəmiyyət daşıyacaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 819 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133