Hovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMA

Hovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMAYay mövsümündə havaların isti keçməsi ilə əlaqədar hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək və istirahət etmək məqsədilə istifadə olunan hovuzlarda suyun gigiyenik vəziyyəti hər zaman müzakirə mövzusu olaraq qalır.

Suyun lazımi qaydada təmizlənməməsi və dezinfeksiya olunmaması bakteriya, virus və göbələk infeksiyalarının yayılma riskini artıra, dəri, göz, qulaq və həzm sistemi ilə bağlı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs hovuzlarda su hansı qaydada təmizlənməlidir və vətəndaşlar hovuz seçərkən nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı dermatoloq Ramilə Əliyeva BiG.AZ-a açıqlamasında bildirdi ki, hovuz suyunun gigiyenik normalara uyğun təmizlənməməsi dəri sağlamlığı üçün müxtəlif risklər yarada bilər. Onun sözlərinə görə, çirkli və ya kifayət qədər dezinfeksiya olunmayan suda bakteriya, göbələk və digər mikroorqanizmlər çoxala bilər: "Bu isə xüsusilə həssas dəriyə malik insanlarda qızartı, qaşınma, səpkilər, allergik reaksiyalar və göbələk infeksiyalarının yaranmasına səbəb ola bilər. Digər tərəfdən, hovuz suyunda istifadə olunan xlorun miqdarının normadan artıq olması da dərinin qoruyucu təbəqəsini zədələyə, quruluq, qabıqlanma və ekzema kimi problemləri ağırlaşdıra bilər. Xüsusilə atopik dermatit və ya digər xroniki dəri xəstəliklərindən əziyyət çəkən şəxslər hovuzdan istifadə edərkən daha diqqətli olmalıdırlar. Hovuzdan çıxdıqdan sonra bədəni təmiz su ilə yaxalamaq, dərini qurulamaq və nəmləndirici kremdən istifadə etmək tövsiyə olunur.

Həmçinin açıq yara, dəri infeksiyası və ya göbələk xəstəliyi olan şəxslərin tam sağalana qədər hovuzdan istifadə etməməsi həm öz sağlamlıqları, həm də digər insanların təhlükəsizliyi baxımından vacibdir. Hovuz seçərkən isə suyun mütəmadi analiz olunduğuna, filtrasiya sisteminin işlək vəziyyətdə olduğuna və gigiyena qaydalarına riayət edildiyinə diqqət yetirilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 147   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xoşqədəm formada qalma sirrini bölüşdü

Aparıcı Xoşqədəm Hidayətqızı gündəlik rejimi və sağlam həyat tərzi ilə bağlı danışıb. Axşam.az xəbər verir ki, aparıcı gününün səhər saat 6-da başladığını bildirib:. "Evdə olanda heyvanlarımla və bağçamda yarım saat vaxt keçirirəm. Bir stəkan su içəndən sonra idmana gedirəm. Əvvəllər səhər yeməy

11:41 433
.

Böyük Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib. xəbər verir ki, bu barədə Rusiya mətbuatına Avropa İttifaqının aeronaviqasiya xidmətlərindəki mənbə məlumat verib. Mənbənin sözlərin

22.07.2026 450
.

Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞ

Qida məhsullarının tərkibi ilə bağlı istehlakçıların məlumatlandırılması məsələsi yenidən gündəmə gəlib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi kolbasa məhsullarında aparılan laborator analizlər zamanı at əti aşkarlandığını açıqlayıb. Lakin həmin məhsulların hansı marka və istehsalçılar

22.07.2026 547
.

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna edilən dəyişiklikd

15:28 184
.

Nigar Kərbəla ziyarətində

Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə

14:40 252
.

Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər. Bununla yanaşı, valideynlərin d

16:13 166
.

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər

22.07.2026 497
.

Nağdsız ödənişlər kölgə iqtisadiyyatını azalda bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Son illərdə Azərbaycanda nağdsız ödənişlərin həcmi sürətlə artır. Bank kartları, mobil tətbiqlər və QR kod vasitəsilə ödənişlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Dövlət də nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində müxtəlif təşviq mexanizmləri tətbiq edir. Bu dəyişikliklər fonund

16:33 134
.

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası yazışmaları göstərdi (VİDEO)

Ölü doğulan uşağının "Vital Klinika"nın zirzəmisinə atıldığını iddia edən kişi danışıb. Qaynarinfo Xəzər TV-yə istinadla xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib. Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü "Vita

10:26 512
.

TOP MP3