Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24 və 25-də baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin bütün detallarının araşdırılmasının vacib olduğunu bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin elektrik kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlamasını şərh edərkən danışıb.
Şalva Papuaşvili deyib ki, enerji sisteminin ardıcıl şəkildə sıradan çıxması qeyri-adi hadisədir və baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir:
"Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Buna görə də bütün detalları dəqiqləşdirmək lazımdır. Araşdırmanın nəticəsini qabaqlamaq istəmirəm. Görək istintaq hansı nəticəyə gələcək. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxacaq. Gözləyək, araşdırma nələri ortaya qoyacaq".
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24 və 25-də təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.
Qeyd edək ki, iyulun 24 və 25-də baş verən elektrik kəsintiləri nəticəsində Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi bir neçə saat dayandırılıb. Hadisənin səbəbləri həm Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, həm də Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) tərəfindən araşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 548 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
15:16 256 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
15:32 203 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
13:47 268 Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"
11:44 202 Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd
11:14 178 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 223 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
16:43 135 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 161 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
16:21 208