İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR
Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, bu ilin aprel ayından qüvvəyə minən yeni təsnifata əsasən, 40 dərəcə selsidən yuxarı temperatur qeydə alınan günlər "kokuşobi", yəni "amansız isti gün" kimi qiymətləndirilir.
Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində termometrlər 40 dərəcəni keçərək tarixi rekordları yeniləyib.
Ölkə üzrə fəaliyyət göstərən meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda temperatur 35 dərəcədən yuxarı qalxıb. Həddindən artıq istilər nəticəsində Niiqata və Kanaqava şəhərlərində ölüm halları da qeydə alınıb.
İsti hava dalğası Yaponiyada gündəlik həyata, kənd təsərrüfatına və idman sahəsinə ciddi təsir göstərir. Bildirilir ki, yüksək temperatur düyü istehsalını azaldır. Bu səbəbdən fermerlər istiliyə daha davamlı məhsullara və avokado kimi qeyri-ənənəvi bitkilərin becərilməsinə üstünlük verməyə başlayıblar.
Ölkənin ən məşhur idman tədbirlərindən biri olan milli məktəbli beysbol çempionatının proqramında da dəyişiklik edilib. Yarışlar iştirakçıların sağlamlığını qorumaq məqsədilə səhər və axşam saatlarında keçirilir.
Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılmasa, qarşıdakı onilliklərdə məktəblərdə açıq havada keçirilən idman növləri tamamilə mümkünsüz hala gələ bilər.
Həddindən artıq istilər iş həyatına da təsirsiz ötüşməyib. Elektrik enerjisinə qənaət etmək məqsədilə həyata keçirilən "Cool Biz" proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha rahat geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Ənənəvi kostyum və qalstuk yerini getdikcə şort, polo köynək və idman ayaqqabılarına verir.
Bildirilir ki, iqlim dəyişikliyi Yaponiyada təkcə hava şəraitini deyil, həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrini köklü şəkildə dəyişməyə başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 601 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
15:16 256 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 231 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 175 Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…
ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla
16:03 210 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 219 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 220 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 196 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
14:11 215 Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl
15:45 171