Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜATAzərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Çevik iş vaxtı rejiminin tətbiqi Bakıda tıxacların azalmasına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, çevik iş rejiminin tətbiqi nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər: "Əsas məsələ bu qərarın praktiki müstəvidə necə icra olunacağıdır, çünki burada bir çox suallar ortaya çıxır.
Dövlət və büdcə sektorunda bu mexanizmi tətbiq etmək daha rahatdır. Bu sahədə 870 minə yaxın insan çalışır və büdcə təşkilatlarında iş vaxtını vahid əmrlə dəyişmək mümkündür. Lakin özəl sektorda vəziyyət fərqlidir. Dövlət özəl sektora birbaşa əmr verə bilməz, yalnız müəyyən təşviq mexanizmləri təklif edə bilər. Məsələn, səhər yeməyi təqdim edən bir kafeyə işə saat 7-də yox, 11-də başlamasını tələb etmək qeyri-realdır. Digər tərəfdən, sahibkar növbəli iş rejimi üçün əlavə işçi götürərsə, bu, onun maliyyə yükünü artıracaq. Nəticədə xidmət qiymətləri qaldırıla bilər ki, bu da biznesə ziyan vurar.
Ən ciddi problemlərdən biri də təhsil müəssisələrinin qrafiki ilə bağlıdır. Hazırda valideynlər uşaqlarını saat 08:00-da məktəbə qoyub, 09:00-da işə gedirlər. Valideynin iş vaxtı 10:00 və ya 11:00-a keçirilərsə, bu uyğunsuzluq necə tənzimlənəcək? Bütün bu suallar hələ ki açıq qalır. Təşəbbüs ideya olaraq uğurludur, lakin onun real həyata keçirilməsi üçün işlək mexanizmlər işlənib hazırlanmalıdır".

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, bu sistem ənənəvi saat 09:00-18:00 iş qrafikindən fərqlənir və tərəflərin razılığı ilə daha çevik iş saatlarının tətbiqini nəzərdə tutur. Belə modeldə işin bir hissəsi məsafədən də yerinə yetirilə bilər. Əsas məqsəd isə iş saatına nəzarət etmək deyil, əmək məhsuldarlığını və işin nəticələrini artırmaqdır. X.Kərimli qeyd edib ki, beynəlxalq praktikada çevik məşğulluğun müxtəlif formaları tətbiq olunur. Bunlardan biri çevik (flexible) iş rejimidir ki, bu zaman işin başlama və bitmə saatları işçi ilə işəgötürən arasında razılaşdırılır. Onun sözlərinə görə, geniş yayılmış modellərdən biri də hibrid iş rejimidir. Bu modeldə işçi həftənin müəyyən günləri ofisdə, qalan günləri isə məsafədən çalışır. Tam məsafədən iş rejimində isə əməkdaş əsasən ofisdən kənarda işləyir və yalnız zərurət yarandıqda iş yerinə gəlir.

İqtisadçı bildirib ki, sıxılmış iş qrafiki də beynəlxalq təcrübədə istifadə olunan modellərdəndir. Bu halda ənənəvi beş günlük, 40 saatlıq iş norması dörd gün ərzində tamamlanır və işçiyə əlavə istirahət vaxtı verilir. Bundan başqa, yarımştat (part-time) iş rejimi də əmək məhsuldarlığının artırılmasına yönəlmiş çevik məşğulluq formalarından hesab olunur: "Bu sistemlərin Azərbaycanda tətbiqi mümkündür. Lakin bunun üçün ilk növbədə hüquqi baza formalaşdırılmalıdır:
Əmək qanunvericiliyində çevik iş rejiminin hüquqi çərçivəsi yaradılmalıdır. Bu sistem məcburi deyil, könüllülük və qarşılıqlı razılıq prinsipi əsasında tətbiq edilməlidir. Əmək Məcəlləsində biznesi həddindən artıq sərt qaydalarla məhdudlaşdırmaq gələcəkdə problemlər yarada bilər".
O, həmçinin məsafədən işləyən əməkdaşların fəaliyyətinin elektron vasitələrlə qiymətləndirilməsi üçün müasir nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb:
"Məsafədən işləyən işçi bilməlidir ki, onun fəaliyyəti müxtəlif elektron vasitələrlə ölçülür və qiymətləndirilir. Məsafədən işləmək o demək deyil ki, işçinin adı işdə getsin, amma faktiki fəaliyyət göstərməsin".
İqtisadçı əlavə edib ki, çevik iş rejimi tətbiq olunarkən işçilərin sosial təminat, sığorta və pensiya hüquqları da etibarlı şəkildə qorunmalıdır. Onun sözlərinə görə, məsafədən işləmə modelində qeyri-rəsmi məşğulluğun aşkarlanması nəzarət orqanları üçün daha çətin ola bilər. "Çevik iş rejiminin uğurlu tətbiqi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, həm işəgötürənlərin, həm də işçilərin hüquqlarının qorunması və qarşılıqlı razılıq prinsipinin əsas götürülməsi vacib şərtlərdir" deyə, o bildirib.
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, istər ali və orta məktəblərin, istərsə də bağçaların tətilə çıxması ilə əlaqədar tıxacların ciddi şəkildə azaldığının şahidi oluruq: "Bu, hər zaman belə olur. Deməli, təhsil müəssisələrinin fəaliyyətinin yollardakı sıxlığa maksimum dərəcədə az təsir göstərməsi üçün müəyyən tədbirlər planı həyata keçirmək lazımdır. Bu da ancaq dərslərin başlama və bitmə vaxtlarının müəyyən qədər sürüşdürülməsi ilə bağlı ola bilər. Məsələn, əvvəllər məktəblər saat 09:00-da başlayırdı və eyni vaxtda hər kəs prospektlərə, küçələrə çıxaraq məktəbə və bağçaya doğru hərəkət edirdi. İndi isə tədbirlər planında dərslərin fərqli saatlarda başlaması nəzərdə tutulur. Məsələn, bir müəssisədə saat 08:00-da, digərində 09:00-da, başqasında isə 10:00-da. Düzdür, bu tam effektiv olmasa da, hər halda sıxlığı müəyyən qədər yüngülləşdirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 25 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 256
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 231
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 175
.

Süni intellekt bunu əvvəlcədən bilir: 10 gün ərzində…

ABŞ alimləri insanın nə vaxt uzun müddət hərəkətsiz qalacağını əvvəlcədən müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Mount Sinai Tibb Məktəbinin tədqiqatçıları 195 qadının fiziki aktivlik, ürək döyüntüsü və yuxu məlumatlarını geyilə bilən cihazla

16:03 210
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 219
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 220
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 196
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 215
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 171
.