"Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil" - BƏHRUZ QULİYEV
"İsrailin Baş naziri Benjamin Netanyahunun ABŞ-a səfəri Yaxın Şərqdə onsuz da kifayət qədər mürəkkəb və həssas vəziyyətin hökm sürdüyü bir vaxtda baş verir. İyulun 28-də onun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü nəzərdə tutulur. Səfərin əsas məqsədi də məhz bu görüşdür.
Netanyahunun hər Vaşinqton səfərindən sonra regionda yeni gərginliklərin baş verməsi müəyyən siyasi dairələrdə artıq bir növ qanunauyğunluq kimi təqdim edilir. Amma bunu birbaşa səbəb-nəticə əlaqəsi kimi qiymətləndirmək doğru olmaz. Əsas məsələ budur ki, Netanyahu-Tramp görüşləri adətən Yaxın Şərqdə kritik mərhələlərə təsadüf edir və bu baxımdan onların siyasi əhəmiyyəti kifayət qədər böyükdür." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, bu dəfə görüşün əsas gündəmində İran məsələsinin dayanacağı gözlənilir. Netanyahu özü də Trampla İran daxil olmaqla bütün aktual məsələləri müzakirə edəcəyini açıqlayıb.
Burada əsas sual ondan ibarətdir ki, İsrail tərəfi ABŞ administrasiyasını yenidən daha sərt hərbi xəttə sövq etməyə çalışacaqmı, yoxsa Vaşinqtonun hazırkı siyasi-diplomatik yanaşması üstünlük qazanacaq?
"Hesab edirəm ki, Trampın əsas marağı yeni genişmiqyaslı müharibəyə başlamaqdan daha çox, mövcud qarşıdurmanı müəyyən siyasi nəticəyə çevirməkdir.
Digər mühüm məsələ Qəzzadır. İsrailin beynəlxalq sabitləşdirmə qüvvəsinin Qəzzanın müəyyən hissələrinə daxil olmasına razılıq verməsi göstərir ki, artıq söhbət təkcə hərbi əməliyyatlardan deyil, müharibədən sonrakı mərhələnin formalaşdırılmasından gedir.
Ona görə də Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil. Burada daha geniş geosiyasi proses gedir. İranın nüvə proqramı, Qəzzada atəşkəs və sonrakı idarəçilik, Livan, Suriya, Türkiyə və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması kimi məsələlər bir-biri ilə əlaqəlidir.
Fikrimcə, Netanyahu bu səfərdə Trampdan İsrailin təhlükəsizlik maraqlarına daha açıq təminatlar almağa çalışacaq. Tramp isə öz növbəsində İsrailin addımlarının ABŞ-ın daha geniş regional strategiyasına uyğunlaşdırılmasında maraqlı olacaq. Çünki Vaşinqton üçün artıq məsələ yalnız İsrailin təhlükəsizliyi deyil, Yaxın Şərqdə yeni müharibələrin qarşısının alınması və regionda yeni siyasi balansın yaradılmasıdır.
Lakin bir məqamı da nəzərdən qaçırmaq olmaz. Yaxın Şərqdə vəziyyət o qədər kövrəkdir ki, diplomatik prosesin pozulması, İranla bağlı yeni kəşfiyyat məlumatı və ya hər hansı hərbi insident qısa müddətdə eskalasiyaya səbəb ola bilər.
Deməli, Netanyahu-Tramp görüşünün əsl mahiyyəti bir növ "müharibəyə davam, yoxsa siyasi mərhələyə keçid?" dilemmasıdır. Mən düşünürəm ki, bu görüşdə əsas müzakirə məhz bundan sonrakı Yaxın Şərq düzəninin necə formalaşdırılması olacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 584 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
13:47 259 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
16:43 121 Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA
Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea
15:32 193 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 173 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 236 Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 213 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 224 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
16:01 125 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 214