Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridirAna dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. 1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət tələb edirdi. Həmin tarixi günü Ulu Öndər Heydər Əliyev 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən mərasimdə artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər".
Həmin cəsarətli çıxışından sonra - sovetlər dönəmində Ulu Öndərimiz daha bir tarixi addım addım atdı. Məlumdur ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Belə ki, Ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ümummilli liderin qətiyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ümummilli Liderimiz müstəqillik illərində də ana dilimizin qorunması üçün misilsiz xidmətlər göstərib. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: "Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir". Ümummilli lider Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu, ana dilimizə verilən yüksək dəyərdir.
Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, 2018-ci il noyabrın 1-də imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda da aktual məsələlərdəndir. Hər bir vətəndaşımız ana dilimizin qorunması üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 259
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 121
.

Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA

Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea

15:32 193
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 173
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 236
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 213
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 224
.

Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır

Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb

16:01 125
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 214
.