Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASüni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyün qorunması və plagiatın aşkarlanması məsələsini yenidən gündəmə gətirib. Süni intellekt vasitəsilə hazırlanan mətnlərin qiymətləndirilməsi və onların plagiat baxımından yoxlanılması son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biridir.

Bəs universitetlər bu cür işləri hansı üsullarla yoxlayır? Süni intellektdən istifadəni müəyyən etmək mümkündürmü və tələbələr akademik qaydaları pozmamaq üçün nələrə diqqət etməlidirlər?
Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, süni intellektdən istifadə edərək yazı yazan və ya tapşırıq hazırlayan tələbələri yoxlamaq üçün təhsil müəssisələri əsasən xüsusi proqram təminatları və müəllimlərin analitik müşahidəsini birgə tətbiq edirlər. Onun sözlərinə görə, ilk növbədə, ali məktəblər Turnitin, Copyleaks, GPTZero və Winston AI kimi peşəkar plagiat və Sİ yoxlama sistemlərindən istifadə edirlər: "Bu proqramlar mətnin statistik dil strukturunu, xüsusilə də cümlələrin proqnozlaşdırılabilərlik dərəcəsini və cümlə strukturlarının müxtəlifliyini təhlil edir. Süni intellekt mətni yazarkən hər sözdən sonra gələcək ən ehtimal olunan sözü seçdiyi üçün onun cümlələri həddən artıq hamar, standart və monoton bir ritmdə olur. İnsanlar isə yazarkən daha gözlənilməz söz seçimləri edir, bəzən çox qısa, bəzən də uzun və mürəkkəb cümlələrdən istifadə edirlər.

Bununla belə, texniki proqramlar 100 faiz dəqiq olmadığı üçün müəllimlərin şəxsi təhlili hələ də əsas rol oynayır. Müəllimlər ilk növbədə mənbə və istinad xətalarına diqqət yetirirlər, çünki süni intellekt bəzən mövcud olmayan kitablar, məqalələr, uydurma müəlliflər və ya yanlış tarixli istinadlar yaradır. Eyni zamanda, tələbənin əvvəlki yazılı işləri ilə yeni təqdim etdiyi mətn arasındakı üslub və lüğət fərqi dərhal diqqət çəkir. Süni intellekt mətni həddən artıq neytral, rəsmi və mükəmməl qrammatika ilə yazsa da, orada spesifik şəxsi rəy, dərsin xüsusi mövzusu və ya auditoriya müzakirələrinə toxunulan dərin detallar adətən görünmür.

Şübhə yarandığı halda universitetlər əlavə yoxlama üsullarına əl atırlar. Tələbədən tapşırığı yazdığı faylın (Google Docs və ya MS Word) redaktə tarixçəsini göstərmək tələb oluna bilər. Əgər böyük həcmli mətn saniyələr içində birbaşa kopyalanıb yapışdırılıbsa, bu, ciddi şübhə doğurur, çünki təbii yazı processesində saatlarla davam edən redaktələr və düzəlişlər görünməlidir. Digər effektiv üsul isə şifahi sorğudur. Müəllim tələbədən yazdığı işin əsas ideyasını, istifadə etdiyi mənbələri və ya müəyyən bir абзасın mənasını izah etməyi xahiş edir. Əgər tələbə öz yazısındakı terminləri və mülahizələri sərbəst izah edə bilmirsə, bu, Sİ istifadəsinin en qəti sübutu sayılır.

Müasir ali məktəblər Sİ detektorlarının yanlışlıqla insanın yazdığı mətni də Sİ kimi göstərə bildiyini nəzərə alaraq, yalnız proqram faizinə söykənərək qərar vermirlər. Texniki göstəricilər sadəcə ilkin şübhə yaratmaq üçün bir vasitədir, son qərar isə şifahi müdafiə və mətnin məzmun analizi ilə verilir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 259
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

16:43 121
.

Minlərlə izləyicisi var, amma təkdir - DİQQƏTÇƏKƏN AÇIQLAMA

Sosial şəbəkələr artıq yalnız insanların bir-biri ilə əlaqə saxladığı platformalar deyil. İnsanlar həyatlarının müxtəlif anlarını minlərlə izləyicisi ilə bölüşür, istifadə etdikləri məhsulları və getdikləri məkanları tanıdaraq gəlir əldə edirlər. Lakin sosial mediada böyük auditoriyaya sahib olmaq rea

15:32 193
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 173
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 236
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 213
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 224
.

Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır

Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb

16:01 125
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 214
.