Kim Çen In ordusunu bu ölkəyə yeridir - Müharibədə yeni mərhələ
İndiyədək yalnız Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak edən, itkilər verən və hətta əsir düşən Şimali Koreya hərbçiləri ilk dəfə olaraq bilavasitə Ukrayna ərazisindəki cəbhə xəttinə cəlb oluna bilər.
"AzPolitika" xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müharibədə istifadə etmək üçün KXDR-dən daha 30 000 nəfərlik əlavə hərbi kontingent qəbul etməyə hazırlanır. "The National Interest" nəşrinin yazdığına görə, bu məqsədlə artıq Voronej vilayətində lazımi logistik infrastruktur yaradılır.
Nəşr xatırladır ki, Pxenyan bundan əvvəl Rusiyaya 11-14 min civarında hərbçi göndərmişdi. Lakin həmin qüvvələr yalnız Rusiya ərazisində - Kursk vilayətindəki döyüşlərdə yerləşdirilmişdi. Yeni plan gerçəkləşərsə, bu, Şimali Koreya bölmələrinin birbaşa Ukraynanın suveren ərazisindəki hərbi əməliyyatlara qoşulduğu ilk hal olacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, Moskva ölkə daxilində yeni miqyaslı səfərbərlikdən yayınmaq üçün Pxenyanın canlı qüvvəsinə ehtiyac duyur. Kim Çen In rejimi isə bunun müqabilində Rusiyadan maliyyə dəstəyi, yanacaq, ərzaq, müasir hərbi texnologiyalar və ordusu üçün real döyüş təcrübəsi əldə etməyi hədəfləyir. "The National Interest" vurğulayır ki, proses faktiki olaraq "canlı qüvvə müqabilində pul və texnologiya" sövdələşməsinə çevrilib.
Bununla yanaşı, Şimali Koreya bölmələrinin Rusiya ordusuna inteqrasiyasının dil baryeri, logistika və təşkilati çətinliklərlə müşayiət olunacağı, bu qüvvələrin döyüş effektivliyinin isə sual altında qaldığı bildirilir. Lakin on minlərlə yeni hərbçinin cəbhəyə yerləşdirilməsi ehtimalı Moskva-Pxenyan hərbi oxunun daha da möhkəmləndiyini və Ukraynadakı münaqişənin getdikcə daha geniş beynəlxalq miqyas aldığını göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 812 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ donanması 30 yerüstü dron sifariş etdi
ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie
10:45 157 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 302 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 189 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 436 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179