Psixoloji dəstək üçün süni intellektə etibar etmək olarmı? - PSİXOLOQDAN AÇIQLAMA

Psixoloji dəstək üçün süni intellektə etibar etmək olarmı? - PSİXOLOQDAN AÇIQLAMASon illərdə süni intellekt əsaslı çat-botlar və rəqəmsal platformalar təkcə gündəlik suallara cavab vermək üçün deyil, həm də emosional dəstək və psixoloji məsləhət almaq məqsədilə istifadə olunur. Bir çox insan stress, narahatlıq, tənhalıq və digər psixoloji çətinliklərlə üzləşdikdə ilk olaraq bu proqramlara üz tutur.

Bəs süni intellektdən psixoloji dəstək almaq nə dərəcədə etibarlıdır? O, peşəkar psixoloqu əvəz edə bilərmi, yoxsa yalnız köməkçi vasitə kimi qiymətləndirilməlidir?
Psixoloji dəstək üçün süni intellektə etibar etmək olarmı? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, psixoloji dəstək üçün ChatGPT yə müraciət faydalı ola bilərmi? Bəzi hallarda bəlkə də faydası dəyə bilər amma amma peşəkar psixoloji yardımı tam əvəz etmir. Kimlər dəstək üçün proqrama müraciət edir? Təbii ki, maddi tərəfi düşünənlər və proqram gecə-gündüz əlçatandır, cavab almaq üçün gözləmək lazım olmur. İnsan sözlə ifadə edə bilmədiyini, proqram onun əvəzinə ifadə edir. Mühakimə etmədən, özü ilə üzləşdirmədən dinləyir. Amma proqram diaqnoz qoya bilmir. İnsanlar adətən problem danışarkən özünün haqlı tərəflərini danışır və proqram da onun haqlı olduğunu vurğulayır. Bu isə şəxsi təhlil, inkişafı dayandırır. Proqram limitsiz danışa və dinləyə bilər.

Psixoloji seans isə limitlidir, çünki hər seans insanın bağlı potensialını açır. Özünüdərki, fərqindəliyi oyadır. ChatGPT yaxşı məlumatı olan və diqqətlə dinləyən bir söhbət köməkçisidir. Psixoloji yardım isə yalnız söz mübadiləsindən ibarət deyil. Psixoloji seans empatiya, emosional həssaslıq, səs tonu, mimika, bədən dili, uyğun anda verilən reaksiyalar və insanın özünü canlı hiss etməsini təmin edən qarşılıqlı əlaqədir. Bütün bunlar sözlə birlikdə insanın emosional tənzimlənməsinə və daxili dəyişiminə təsir göstərir.

Süni intellekt söz emal edir, psixoloq isə həm bədən dili, həm söz, həm də emosiyanı çatdırır, həm alır, həm də anında analiz edir. ChatGPT biliyi məhdud olan, söz bazası kasad olan, aşağı empatiya səviyyəsi olan, psixologiya sahəsində az biliyi olan insanlar üçün faydalı bir ilkin dəstək vasitəsi ola bilər. Bəzən psixoloqlara yanlış sual verirlər ki, "siz hansısa insanı sağaltmısınız?". Psixoloqun işi sağaltmaq deyil, insanın özünü psixoloq olmağa hazırlamaqdır.

Peşəkar psixoloq pasiyent sayının çoxluğu ilə deyil, öz daxili psixoloqunu kəşf edən insan yetişdirməyi ilə seçilir. ChatGPT isə bu prosesdə insanı məlumatlandıran və ya istiqamət verən vasitədir, amma terapevtik münasibəti əvəz edə bilməz.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ donanması 30 yerüstü dron sifariş etdi

ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie

10:45 157
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30.09.2026 302
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 251
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 189
.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

12:39 436
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 148
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

15:23 179
.