"Hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir" - BƏHRUZ QULİYEV
"Netanyahu ilə Tramp arasında keçirilən son görüşdən dərhal sonra İranın ABŞ qüvvələrinə qarşı raket və hava hücumları həyata keçirdiyinə dair məlumatların yayılması göstərir ki, regionda hərbi-siyasi gərginlik yeni mərhələyə daxil olur. ABŞ hərbçiləri hücumun qarşısının alındığını açıqlayıblar və görüşdə əsas müzakirə mövzularından birinin də İran olduğu təsdiqlənib.
Mən hesab edirəm ki, hazırkı mərhələdə Körfəz ölkələrinin İrana qarşı vahid hərbi koalisiya şəklində genişmiqyaslı əməliyyatlara başlaması ehtimalı hələ ki, yüksək deyil. Çünki Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ərəb ölkələri bir tərəfdən ABŞ-la strateji müttəfiq olsalar da, digər tərəfdən öz ərazilərinin İranın cavab zərbələrinin hədəfinə çevrilməsini istəmirlər. Buna görə də onlar birbaşa müharibədən daha çox müdafiə və təhlükəsizlik əməkdaşlığına üstünlük verə bilərlər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, İranın Böyük Britaniyanı da xəbərdar etməsi göstərir ki, Tehran münaqişənin coğrafiyasını genişləndirmək imkanına malik olduğunu nümayiş etdirməyə çalışır. Bu cür bəyanatlar ilk növbədə çəkindirici xarakter daşıyır və Qərb dövlətlərinə siyasi mesaj hesab edilməlidir. Lakin hər hansı ölkə birbaşa hərbi əməliyyatlarda iştirak edərsə, risk səviyyəsi də artacaq.
Ukrayna ilə İran arasında son dövrlərdə artan qarşılıqlı ittihamlar da diqqət çəkir. Bu xətt üzrə gərginliyin yüksəlməsi Yaxın Şərqdəki münaqişənin Avropa təhlükəsizlik gündəminə daha çox təsir etməsinə səbəb ola bilər. Bununla belə, hazırda Ukrayna-İran qarşıdurmasının birbaşa genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək tezdir.
"Ümumilikdə hesab edirəm ki, qarşıdakı dövrdə lokal hərbi toqquşmaların, raket zərbələrinin və proksi qüvvələr vasitəsilə əməliyyatların artması ehtimalı daha yüksəkdir. Lakin geniş regional müharibənin başlanması həm ABŞ, həm də Körfəz ölkələri üçün ciddi iqtisadi və geosiyasi nəticələr yaradacağından, əsas güclər hələ də bu ssenarinin qarşısını almağa çalışacaqlar.
Hazırkı vəziyyət göstərir ki, Yaxın Şərqdə təhlükəsizlik mühiti son illərin ən həssas mərhələsinə daxil olub və növbəti günlərdə veriləcək siyasi qərarlar regionun gələcək taleyini müəyyənləşdirəcək."- deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 781 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ donanması 30 yerüstü dron sifariş etdi
ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie
10:45 157 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 156 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 302 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 251 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 189 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 436 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 148 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
15:23 179