Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər

Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilərÜmumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır.

Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. Bu klinik sindrom yaddaş, diqqət, nitq, qərarvermə və gündəlik fəaliyyət qabiliyyətini zəiflədərək insanların müstəqil həyat sürmək imkanlarını məhdudlaşdırır. Xəstəlik həm pasiyentlərin, həm də onlara qulluq edən şəxslərin həyat keyfiyyətinə ciddi təsir göstərir.

Demansiyanın ən geniş yayılmış forması Altseymer xəstəliyidir. Yaşın artması, genetik meyillilik və ailə anamnezi dəyişdirilə bilməyən risk faktorları hesab olunsa da, həyat tərzi ilə bağlı amillər də xəstəliyin inkişafında mühüm rol oynayır.

Nevroloq Fikri Halaçoğlu bildirib ki, yay aylarında iki əsas amil demansiya riskini artırır:

* orqanizmin susuz qalması;
* arterial təzyiqin dəyişkənliyi.

Onun sözlərinə görə, susuzluq hissini gözləmədən kifayət qədər su qəbul etmək və yüksək arterial təzyiqdən əziyyət çəkən şəxslərin qan təzyiqini mütəmadi olaraq nəzarətdə saxlaması böyük əhəmiyyət daşıyır.

Mütəxəssis vurğulayıb ki, dəyişdirilə bilən risk amillərinə nəzarət etməklə demansiya hallarının təxminən 40 faizinin qarşısını almaq və ya xəstəliyin inkişafını gecikdirmək mümkündür.

Susuz qalmaq

Həkimin sözlərinə görə, xüsusilə yaşlı insanlarda tez-tez və ya ağır dərəcəli susuzlaşma demansiya üçün mühüm risk yaradır.

Orqanizmin susuz qalması sidik yolları infeksiyaları, elektrolit pozğunluqları, yuxunun parçalanması və arterial təzyiqin dəyişməsi vasitəsilə idrak fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu vəziyyət birbaşa demansiyaya səbəb olmasa da, mövcud idrak zəifliyini üzə çıxara, deliriumu sürətləndirə və beyin damarlarının sağlamlığını zəiflədərək gələcəkdə həm damar mənşəli demansiyanın, həm də Alsteymer xəstəliyinin inkişaf riskini artıra bilər.

Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

* saat 11:00-16:00 aralığında mümkün qədər birbaşa günəş şüaları altında qalmamaq;
* susuzluq hissini gözləmədən müntəzəm su içmək;
* sidiyin tünd rəng alması, yüksək hərarət və qəfil çaşqınlıq hallarında dərhal tibb müəssisəsinə müraciət etmək.

Yüksək arterial təzyiq

Yay aylarında həddindən artıq istilər, maye çatışmazlığı və arterial təzyiq əleyhinə dərmanların nizamsız qəbulu qan təzyiqində dəyişikliklərə səbəb ola bilər.

Nəzarətsiz hipertoniya beyində kiçik damarların zədələnməsi, infarkt və sinir əlaqələrinin pozulması riskini artıraraq həm damar mənşəli demansiyanın, həm də Altseymer xəstəliyinin inkişafına şərait yarada bilər.

Tövsiyələr:

* arterial təzyiqi müntəzəm ölçmək;
* həkim nəzarətini davam etdirmək;
* dərmanları vaxtında qəbul etmək;
* duz qəbulunu azaltmaq;
* sağlam qidalanmaq və normal bədən çəkisini qorumaq.

Digər risk faktorları

Mütəxəssislər demansiya riskini artıran digər amillər kimi aşağıdakıları göstərirlər:

* şəkərli diabet və metabolik sindrom;
* qeyri-sağlam qidalanma;
* fiziki hərəkətsizlik;
* siqaret və alkoqol istifadəsi;
* eşitmə və görmə qabiliyyətinin zəifləməsi;
* yuxu pozğunluqları.

Beyin sağlamlığının qorunması üçün Aralıq dənizi tipli qidalanma, müntəzəm fiziki aktivlik, siqaret və alkoqoldan imtina, normal yuxu rejiminin qorunması, həmçinin eşitmə və görmə problemlərinin vaxtında müalicəsi tövsiyə olunur. Həkimlər qeyd edirlər ki, sağlam həyat tərzi demansiya riskini əhəmiyyətli dərəcədə azalda və xəstəliyin inkişafını ləngidə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 470   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22.09.2026 306
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 237
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 298
.

Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?

Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin

04.09.2026 318
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12.09.2026 265
.

Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər

Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"

20.09.2026 194
.

İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı

Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v

02.09.2026 468
.

Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?

Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro

22.09.2026 304
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 129
.