"Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEV

"Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEV"ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı verdiyi son mesajlar Ankara üçün mühüm siyasi-diplomatik imkan yaradır. NATO-nun Ankara sammitində Trampın bu məsələnin nəzərdən keçiriləcəyini bildirməsi göstərir ki, Vaşinqtonda Türkiyəyə münasibətdə əvvəlki yanaşmadan müəyyən fərqlənmə formalaşır. Daha sonra Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun etirazına "heç kim bizə nə satmalı olduğumuzu deyə bilməz" məzmununda cavab verməsi də bu məsələdə onun mövqeyinin kifayət qədər prinsipial olduğunu göstərdi.

Lakin burada bir mühüm məqamı nəzərdən qaçırmaq olmaz: F-35 məsələsinin qarşısındakı əsas maneələrdən biri Türkiyənin Rusiyadan S-400 sistemləri alması ilə bağlı ABŞ-ın tətbiq etdiyi hüquqi məhdudiyyətlərdir." Bu mövzuda Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, yəni məsələni yalnız İsrailin və ya Yunanıstanın narazılığı ilə izah etmək düzgün olmaz. Konqresdə də Türkiyənin F-35 proqramına qaytarılmasına ciddi müqavimət mövcuddur.

İsrailin narahatlığı isə daha çox regional hərbi balansla bağlıdır. Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər. İsrail uzun illərdir regionda hava üstünlüyünün qorunmasını öz təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab edir. Yunanıstanın narahatlığı isə birbaşa Türkiyə-Yunanıstan rəqabəti ilə əlaqəlidir. Yunanıstanın özü də F-35 almaq planlarını davam etdirir və Ankara ilə Afina arasında hava qüvvələri balansının dəyişməsi Afinada ciddi şəkildə izlənilir.

"Amma hesab edirəm ki, məsələni "Tramp verəcək, demokratlar gələndə dayandıracaq" kimi sadə formulaya salmaq da doğru olmaz. Çünki F-35 məsələsi ABŞ prezidentinin şəxsi qərarından daha genişdir. Burada Konqres, ABŞ müdafiə sənayesi, NATO-nun təhlükəsizlik maraqları, S-400 problemi və Vaşinqton-Ankara münasibətlərinin ümumi istiqaməti birlikdə rol oynayır.

Əgər Tramp administrasiyası öz prezidentlik müddətində hüquqi və siyasi maneələri aradan qaldıraraq Türkiyənin F-35 proqramına qayıtmasını təmin edə bilsə, sonrakı administrasiyanın bu prosesi tamamilə geri çevirməsi də asan olmayacaq. Çünki belə bir qərar artıq ABŞ-Türkiyə münasibətlərinin strateji çərçivəsinə daxil olacaq.

Mənim fikrimcə, Türkiyənin F-35 əldə etməsi mümkündür, amma bu, avtomatik və yaxın perspektivdə həll olunacaq məsələ deyil. Ən böyük sual İsrailin nə deyəcəyi yox, Vaşinqtonun S-400 məsələsini hansı formula ilə həll edəcəyi və ABŞ Konqresində bunun üçün hansı siyasi konsensusun formalaşacağıdır.

Digər tərəfdən, Trampın Türkiyəyə münasibətdə son açıqlamaları göstərir ki, Vaşinqton Ankara ilə münasibətlərdə yeni strateji hesablamaya gedir. Türkiyə NATO daxilində həm coğrafi mövqeyinə, həm hərbi imkanlarına, həm də Yaxın Şərq, Qafqaz və Qara dənizdəki roluna görə ABŞ üçün əvəzolunmaz tərəfdaşlardan biridir. Bu səbəbdən F-35 məsələsi təkcə bir neçə qırıcının Türkiyəyə satılması deyil, əslində ABŞ-Türkiyə münasibətlərinin hansı strateji istiqamətdə inkişaf edəcəyinin göstəricisidir.

Ona görə də hesab edirəm ki, Tramp dövründə bu prosesin hüquqi-siyasi əsası qoyularsa, demokratların hakimiyyətə gəlməsi belə məsələnin avtomatik olaraq bağlanması anlamına gəlməyəcək. Əksinə, həmin vaxta qədər Ankara-Vaşinqton münasibətlərində yeni balans formalaşarsa, F-35 məsələsini geri çevirmək ABŞ üçün də siyasi və strateji baxımdan müəyyən xərc tələb edə bilər.

Belə anlaşılır ki, Türkiyənin F-35 alması real görünür, lakin bunun qarşısında hələ ciddi hüquqi və siyasi maneələr var. İsrail və Yunanıstanın etirazları bu prosesə təsir göstərə bilər, amma həlledici amil ABŞ-ın öz strateji maraqları və S-400 probleminin həllidir. Trampın son mövqeyi isə göstərir ki, Vaşinqtonda bu məsələyə əvvəlkindən daha fərqli baxış formalaşmağa başlayıb." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 136
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 190
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 228
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 152
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

09:59 195
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 259
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 175
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.