İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA

İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMASon günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddiaları rəsmən təsdiqləməsə də, məsələ Vaşinqtonun diqqət mərkəzinə düşüb və ABŞ-də narahatlıq yaradıb. Bu fonda diqqətlər ABŞ-Çin münasibətlərinə yönəlib.

İranın Çin istehsalı silahlarla təmin olunacağı təqdirdə, Vaşinqtonun Pekinə qarşı mövqeyinin daha da sərtləşəcəyi, yeni sanksiyalar və diplomatik gərginlik ehtimalının artacağı bildirilir. Bəs bu proses ABŞ-Çin münasibətlərinə hansı təsirləri göstərə bilər? İki supergüc arasında onsuz da yüksək olan rəqabət yeni mərhələyə keçə bilərmi?

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, İranın Çindən raket sistemləri alması ilə bağlı yayılan məlumatlar təsdiqlənərsə, bu, təkcə Tehran-Pekin münasibətlərinin deyil, həm də ABŞ-Çin rəqabətinin yeni mərhələyə keçdiyini göstərə bilər. Onun sözlərinə görə, ABŞ uzun illərdir Çinin Yaxın Şərqdə hərbi təsirini məhdudlaşdırmağa çalışır: "Əgər Pekinin İrana silah tədarük etdiyi rəsmən təsdiqlənərsə, Vaşinqton bunu təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də öz təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirəcək. Bu isə ABŞ-ın Çinə qarşı yeni iqtisadi və texnoloji məhdudiyyətlər tətbiq etməsi, eləcə də müttəfiqləri ilə koordinasiyanı gücləndirməsi ilə nəticələnə bilər. Belə bir addım qlobal geosiyasi balansı da təsirləndirə bilər. Hazırda ABŞ və Çin arasında ticarət, texnologiya və Tayvan məsələləri fonunda ciddi rəqabət mövcuddur. İran amilinin də bu siyahıya əlavə olunması iki ölkə arasında etimadsızlığı daha da dərinləşdirə bilər.

Bu, yalnız diplomatik münasibətlərə deyil, beynəlxalq təhlükəsizlik gündəliyinə və silahlanma yarışına da təsir göstərə bilər. Lakin proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Pekinin bu məsələyə dair rəsmi mövqeyindən və Vaşinqtonun atacağı addımlardan asılı olacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Türkiyənin F-35 kimi beşinci nəsil qırıcılara sahib olması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişə bilər" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı verdiyi son mesajlar Ankara üçün mühüm siyasi-diplomatik imkan yaradır. NATO-nun Ankara sammitində Trampın bu məsələnin nəzərdən keçiriləcəyini bildirməsi göstərir ki, Vaşinqtonda Türkiyəyə münasibətdə əvvəlki yanaşmada

13:06 181
.

Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar (SİYAHI)

Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb. Məsələ ilə bağlı -a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun v

10:43 303
.

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb - Elmdə ilk

ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə "SpudCell"

29.07.2026 241
.

"Həkim səhvi məni bu günə saldı" - Naibə Allahverdiyeva Türkiyədə müalicə olunur

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb. Aktrisa ayağında yaranan ciddi sağlamlıq problemi ilə bağlı Axşam.az-a danışıb. Aktrisa bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:. "Ayağım üçün müalicəyə Türkiyəy

11:15 314
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

14:42 204
.

ABŞ ordusu İrana son hücumların iki saat davam etdiyini və onlarla hədəfin vurulduğunu bildirib

ABŞ ordusu çərşənbə günü İrana qarşı iki saat davam edən və onlarla hədəfi vuran son hücum dalğasını başa vurduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Vaşinqton bu hücumları bir gün əvvəl Yaxın Şərqdəki ABŞ qüvvələrinə doğru atılan İran raketlərinə "güclü cavab" kimi qiymətləndirib

10:54 188
.

"Siam əkizi deyilik, ər-arvadıq, ayrı da qalmalıyıq"

"Qoyun bir-birimizdən ayrı qalaq. Bəlkə o da mənsiz beynini dincəltmək istəyir? Hər bir insanın öz rahat dünyası var". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə canlı yayımda deyib. Aparıcı həyat yoldaşı Günay Baxşəliyeva və övladları ilə istirahət getməməs

15:50 244
.

Ermənistan hökuməti texniki istefaya gedir

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istef

16:09 138
.

Dəhşətli qəzada ölən futbolçuların - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub. "Qafqazinfo"nun məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələr

11:29 316
.

TOP MP3