AQTA-nın aşkarladığı uyğunsuzluqlardan sonra: Meyvə şirələri ilə bağlı vacib xəbərdarlıq - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bəzi meyvə şirələrinin qablaşdırmasının içərisində kif aşkarlanması ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin meyvə şirələri və nektarlar üzrə keçirdiyi son monitorinqlərdən sonra daha da aktuallaşıb.
Yoxlamalar zamanı bir sıra tanınmış markaların məhsullarında normativ tələblərə uyğun olmayan maddələr və istehsal prosesində ciddi sanitariya-gigiyena pozuntuları müəyyən edilib. Bəs meyvə şirəsində kif hansı səbəbdən yaranır, bu cür məhsulların istehlakı hansı risklər yaradır və alıcılar məhsul seçərkən nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı qida eksperti Səbuhi Dadaşov BiG.AZ-a açıqlamasında bildirdi ki, meyvə şirəsi steril şəraitdə istehsal edilmədikdə, qablaşdırma prosesində texnoloji qaydalara əməl olunmadıqda və ya qablaşdırmanın hermetikliyi pozulduqda kif göbələklərinin inkişafı üçün əlverişli mühit yaranır. Onun sözlərinə görə, bəzi hallarda isə istifadə olunan xammalın keyfiyyəti və ya məhsulun saxlanma şəraiti də buna səbəb ola bilər: "Şişmiş, qapağı boşalmış və ya rəngi, qoxusu dəyişmiş meyvə şirələri qətiyyən istehlak edilməməlidir. Kiflə çirklənmiş məhsulların istifadəsi qida zəhərlənmələri, həzm sistemi pozuntuları, allergik reaksiyalar və bəzi hallarda orqanizmə zərərli toksinlərin daxil olmasına səbəb ola bilər. İstehlakçılar məhsul alarkən son istifadə tarixinə, qablaşdırmanın bütövlüyünə və saxlanma şəraitinə diqqət yetirməlidirlər.
Qablaşdırma açıldıqdan sonra isə məhsul istehsalçının göstərdiyi müddətdə soyuducuda saxlanmalı və qısa zamanda istehlak edilməlidir. Əgər məhsulun içərisində kif, çöküntü, qeyri-adi qoxu və ya dad hiss edilərsə, onu istifadə etmək olmaz və bu barədə aidiyyəti qurumlara məlumat verilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 136 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 190 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 228 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 152 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 195 Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
29.09.2026 259 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 165 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 175 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 218