Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdı
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin tərəfdaşlığı ilə 15-26 iyul tarixlərində şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.
"Zəfər" Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onların beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış olmalarına töhfə vermək olub.
İki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.
Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələri və onların övladlarının təhsilinə, şəxsi inkişafına və gələcək uğurlarına töhfə verən layihələrə davamlı dəstək göstərir. Şirkət gənclərin beynəlxalq bilik və təcrübə qazanmasını, onların potensialının inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini özünün prioritet istiqamətlərindən biri hesab edir.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 708 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 136 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 190 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 228 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 152 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 195 Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
29.09.2026 259 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 165 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 175 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 218