Şirniyyat yemirsiniz? Bəs gizli şəkər qəbul etdiyinizi bilirsinizmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bir çox insan düşünür ki, şirniyyat, tort və ya konfet yemədiyi üçün şəkərdən uzaqdır. Halbuki, gündəlik istifadə etdiyimiz bir çox qablaşdırılmış qida məhsulunun tərkibində "gizli şəkər" var. Ketçup, mayonez, hazır souslar, çörək, kolbasa, yoqurt, səhər yeməyi lopaları və hətta bəzi "fit" adı ilə satılan məhsullar belə əlavə şəkərlə zəngindir.
Nəticədə insan fərqinə varmadan gün ərzində normadan artıq şəkər qəbul edir ki, bu da piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və qaraciyərin yağlanması kimi problemlərin riskini artıra bilər. Şəkərdən uzaq qalmaq üçün təkcə şirniyyatdan imtina etmək kifayət deyil, qida məhsullarının etiketini oxumaq və tərkibindəki əlavə şəkəri müəyyənləşdirmək də vacibdir.
Mövzu ilə bağlı qida eksperti, "Jafarov" kanalının rəhbəri Elşən Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, siz həqiqətən şəkərdən imtina etmisinizmi? Bir çox insan mənə deyir: "Mən şəkər istifadə etmirəm. Çayı şəkərsiz içirəm, şirniyyat yemirəm." Amma əslində vəziyyət tam fərqlidir. Əgər siz ketçup, mayonez, müxtəlif souslar, meyvəli yoqurtlar, səhər yeməyi üçün hazır dənli məhsullar, paketlənmiş çörək və digər emal olunmuş qidalar qəbul edirsinizsə, böyük ehtimalla hər gün fərqinə varmadan əlavə şəkər də qəbul edirsiniz.
Dünyanın aparıcı tibb və elm mərkəzləri, o cümlədən Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbi bildirir ki, əlavə şəkər təkcə şirniyyatlarda deyil. O, dadı yaxşılaşdırmaq, məhsulun saxlanma müddətini uzatmaq və teksturasını qorumaq üçün bir çox gündəlik məhsula əlavə olunur.
Məhz buna görə insanlar "mən şəkər yemirəm" desələr də, gün ərzində müxtəlif qidalar vasitəsilə kifayət qədər əlavə şəkər qəbul edə bilirlər.
Ümumdünya Səhiyyə Təşkilatı da əlavə şəkərin həddindən artıq qəbulunun piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və diş problemləri riskini artırdığını bildirir.
Mənim məqsədim heç kəsi qorxutmaq deyil. Sadəcə bir şeyi xatırlatmaq istəyirəm: sağlam qidalanmaq yalnız çayı şəkərsiz içmək demək deyil. Ən vacibi, aldığımız məhsulların etiketini oxumaq və tərkibində nə qədər əlavə şəkər olduğunu bilməkdir.
Növbəti dəfə marketdə alış-veriş edərkən ketçupun, mayonezin, sousların, yoqurtların və digər məhsulların tərkibinə diqqətlə baxın. Ola bilər ki, "şirin" hesab etmədiyiniz bir məhsul sizə gözlədiyinizdən qat-qat çox şəkər verir.
Sağlamlığımız öz seçimlərimizdən başlayır. Məlumatlı seçim isə sağlam həyatın ilk addımıdır.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 136 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 190 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 228 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 152 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 195 Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
29.09.2026 259 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 165 Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 175 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 218