Marketlərdəki endirimlər həqiqətən sərfəlidir, yoxsa alıcıları cəlb edən marketinq gedişi? - İQTİSADÇIDAN AÇIQLAMA

Marketlərdəki endirimlər həqiqətən sərfəlidir, yoxsa alıcıları cəlb edən marketinq gedişi? - İQTİSADÇIDAN AÇIQLAMAMarketlərdə demək olar ki, hər həftə "50 faizə qədər endirim", "1 alana 1 hədiyyə" və ya "yalnız bu gün" kimi kampaniyalara rast gəlmək mümkündür. Bu cür aksiyalar alıcıların diqqətini cəlb etsə də, bir çox hallarda endirimlərin həqiqətən sərfəli olub-olmaması ilə bağlı suallar yaranır.

İstehlakçılar arasında qiymətlərin əvvəlcədən süni şəkildə artırılıb sonra endirilməsi, eləcə də kampaniyaların daha çox satış həcmini artırmağa xidmət etməsi ilə bağlı fikirlər də səsləndirilir. Bəs marketlərdə keçirilən endirim kampaniyaları doğrudanmı alıcının xeyrinədir, yoxsa bu, istehlakçı davranışını yönləndirmək üçün tətbiq olunan marketinq üsuludur?
Marketlərdəki endirimlər həqiqətən sərfəlidir, yoxsa alıcıları cəlb edən marketinq gedişi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu sualın cavabı, əslində, "hər ikisi" formasında verilə bilər, çünki real həyatda endirimlərin böyük hissəsi eyni zamanda həm həqiqi qiymət güzəştini, həm də düşünülmüş marketinq strategiyasını özündə birləşdirir. Onun sözlərinə görə, bir tərəfdən, bəzi endirimlər həqiqətən reallıqdır: "Marketlər mövsümi mallardan qurtulmaq, son istifadə tarixi yaxınlaşan məhsulları satmaq, anbar sahəsini boşaltmaq və ya yeni kolleksiya üçün yer açmaq məqsədilə qiymətləri ciddi şəkildə aşağı sala bilirlər. Bundan əlavə, topdan alışlarda əldə edilən güzəştlər, tədarükçülərlə bağlanan xüsusi razılaşmalar və ya böyük həcmli satış kampaniyaları da real endirimlərə səbəb olur. Belə hallarda istehlakçı faktiki olaraq daha az pul ödəyir və bu, marketin özü üçün də qısamüddətli mənfəət itkisi demək ola bilər, lakin dövriyyəni artırmaq baxımından sərfəlidir.

Digər tərəfdən, endirimlərin xeyli hissəsi psixoloji və marketinq texnikası kimi tətbiq olunur. Bunun bir neçə klassik üsulu var:

Süni qiymət artırma - məhsulun "əsl" qiyməti əvvəlcədən süni şəkildə yüksəldilir, sonra həmin şişirdilmiş qiymətdən endirim edilərək müştəridə böyük güzəşt təəssüratı yaradılır, halbuki son qiymət əvvəlki adi qiymətdən çox da fərqlənmir.
"Məhdud müddət" effekti - "yalnız bu gün", "sabaha qədər" kimi ifadələr müştəridə təcili qərar vermə təzyiqi yaradır, bu da rasional düşünmədən - inkluziv alış-veriş etməyə sövq edir.

Paket endirimləri - "2 al, 1-ni pulsuz götür" kimi kampaniyalar çox zaman müştərini ehtiyacı olmayan miqdarda məhsul almağa yönəldir, nəticədə ümumi xərc azalmır, əksinə artır.

Diqqətyayındırıcı endirim - bir və ya bir neçə məhsula böyük endirim edilir ki, müştəri marketə cəlb olunsun, lakin digər məhsullar adi və ya hətta bahalı qiymətlərlə satılır, ümumi səbətin dəyəri isə əvvəlkindən fərqlənmir.

Bu baxımdan, istehlakçı üçün ən doğru yanaşma endirimə deyil, məhsulun əvvəlki real qiymət tarixçəsinə diqqət etməkdir. Əgər mümkünsə, məhsulun bir neçə həftə və ya ay əvvəlki qiymətini xatırlamaq və ya qeyd etmək, endirimin real olub-olmadığını müəyyənləşdirməyə kömək edir. Bəzi ölkələrdə istehlakçı hüquqlarını qoruyan qanunvericilik marketlərdən "əsl qiymət" barədə şəffaf məlumat tələb edir, məsələn, endirimdən əvvəlki 30 günün ən aşağı qiymətinin göstərilməsi kimi tələblər buna nümunədir. Azərbaycanda da istehlakçıların hüquqlarını qoruyan norma və nəzarət mexanizmləri mövcuddur, lakin bu sahədə maarifləndirmə və şəffaflıq həmişə təkmilləşdirilməyə ehtiyac duyan məsələdir.

Nəticə etibarilə, endirimlər nə tam yalandır, nə də hər zaman tam həqiqi. Onlar bazarın təbii mexanizmi ilə psixoloji satış strategiyasının qarışığıdır. Ağıllı istehlakçı davranışı isə həvəslə deyil, məlumatlı şəkildə - qiymət tarixçəsini müqayisə edərək və real ehtiyaca əsaslanaraq - qərar verməkdən keçir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 616   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 136
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 190
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 228
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 152
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

09:59 195
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 259
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 175
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.