Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa hökm oxundu

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa hökm oxunduLor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, üç il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə beş il, Cəmilə Əliyevaya isə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib:

"Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb".

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dediklərini təsdiqləyib. O əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib:

"Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir".

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

"Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm".

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcəklər.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra N.Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 136
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 190
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 228
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 152
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

09:59 195
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 259
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 175
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.