Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?

Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir: Süni intellektə yazılan şəxsi məlumatlar nə dərəcədə təhlükəsizdir? İstifadəçilərin paylaşdığı məlumatlar necə qorunur, üçüncü şəxslərə ötürülə bilərmi və bu sahədə hansı risklər mövcuddur?

Mövzu həm rəqəmsal təhlükəsizlik, həm də şəxsi məlumatların məxfiliyi baxımından müzakirə olunur. Bu səbəbdən ekspertlər və istifadəçilər süni intellekt platformalarında məlumat paylaşarkən hansı qaydalara əməl edilməli olduğunu daha çox müzakirə etməyə başlayıblar.
Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, süni intellekt sistemlərinin şəxsi məlumatları qorunma səviyyəsi bir neçə amildən asılıdır və vahid fikir demək çətindir. Bu, konkret sistemdən, şirkətdən və istifadə kontekstindən çox asılıdır. Amma ümumi mənzərəni belə təsvir etmək olar. Bəzi modellər internetdən toplanmış nəhəng məlumat massivləri üzərində öyrədilir. Nəzəri olaraq bu massivlərə şəxsi məlumatlar da düşə bilər, xüsusən açıq internetdə yayılmış olanlar. Bir çox AI xidməti istifadəçi ilə söhbətləri (bəzən modeli təkmilləşdirmək üçün) saxlayır. Bu məlumatların kim tərəfindən, nə qədər müddət saxlanılması şirkətdən şirkətə fərqlənir. Hər hansı rəqəmsal sistem kimi, AI xidmətləri də kiberhücumlara, məlumat sızmalarına məruz qala bilər. Bəzi şirkətlər məlumatları reklam və ya analitika məqsədilə tərəfdaşlarla paylaşa bilər (şirkətin məxfilik siyasətinə baxmaq lazımdır).

Eyni zamanda süni intellektdə "Qara qutu" (Black Box) problemi də mövcuddur. Sistemin verdiyi qərarların və ya nəticələrin necə formalaşdığının insanlar tərəfindən tam başa düşülməməsi deməkdir. Xüsusilə dərin öyrənmə (Deep Learning) modelləri milyonlarla parametrdən ibarət olduğu üçün onların hansı səbəbdən müəyyən qərara gəldiyini izah etmək çox çətin olur. İstifadəçi yalnız daxil edilən məlumatı və əldə olunan nəticəni görür, lakin bu nəticəyə aparan daxili hesablama prosesini izləyə bilmir.

Bu problem xüsusilə səhiyyə, bankçılıq, hüquq və təhlükəsizlik kimi vacib sahələrdə ciddi narahatlıq yaradır. Məsələn, süni intellekt bir xəstəyə müəyyən diaqnoz qoyarsa və ya bank kredit müraciətini rədd edərsə, istifadəçi bunun səbəbini öyrənmək istəyir. Əgər sistem qərarını izah edə bilmirsə, ona olan etibar azalır və qərarın düzgünlüyünü yoxlamaq çətinləşir.

"Qara qutu" problemi həm də etik və hüquqi məsələlər yaradır. Əgər süni intellekt səhv qərar verərsə, bu səhvə görə kimin məsuliyyət daşıdığı sual altında qalır.

Bu problemin həlli üçün alimlər "İzah edilə bilən Süni İntellekt (Explainable AI - XAI)" metodlarını inkişaf etdirirlər. Bu yanaşmalar süni intellekt sistemlərinin qərarlarının səbəblərini daha aydın göstərməyə, istifadəçilərin sistemə olan etibarını artırmağa və səhvlərin vaxtında aşkar edilməsinə kömək edir.

İstehsalçı şirkət həm də məlumatların mühafizəsini həyata keçirməlidir. İstifadəçilər isə, istifadə etdiyi AI xidmətinin məxfilik siyasətini oxumali, məlumatların necə saxlanıldığı, kim tərəfindən görülə biləcəyi barədə öyrənməlidir. Söhbətlərdə çox həssas məlumatları (şəxsiyyət vəsiqəsi nömrəsi, bank kartı, parollar, tibbi məlumatlar) paylaşmaqdan çəkinməlidir. Mümkünsə, məlumatların modelin təlimi üçün istifadə olunub-olunmadığını yoxlayıb, bunu deaktiv edə bilərik. Eyni zamanda Rəsmi/tanınmış şirkətlərin xidmətlərinə üstünlük vermək olar. Onlar adətən daha ciddi təhlükəsizlik standartlarına əməl edirlər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 136
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 190
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 228
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 152
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

09:59 195
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 259
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 175
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.