Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?
Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur.
Lent.az xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmış qarğıdalının sirri bişirmə suyuna süd və kərə yağı əlavə etməkdir. Süd və kərə yağının birlikdə istifadəsi qarğıdalı dənələrinə xüsusi yumşaqlıq və daha zəngin dad verir.
Kərə yağı dənələrin üzərini örtərək onların şirəliliyini qoruyur, süd isə qarğıdalının təbii şirinliyini daha da ön plana çıxarır. Nəticədə qarğıdalı adi üsulla bişiriləndən daha yumşaq, kremli və dadlı alınır.
Lazım olan ərzaqlar
5 ədəd cavan qarğıdalı
1 litr su
200 millilitr tam yağlı süd
115 qram kərə yağı
1 çay qaşığı duz
Yumşaq və şirəli qarğıdalı necə hazırlanır?
Əvvəlcə qarğıdalıların qabıqlarını və saçaqlarını təmizləyin. Qazana rahat yerləşməsi üçün onları ikiyə bölmək də olar. Suyu qaynadın, daha sonra ocağın temperaturunu azaldaraq süd və kərə yağını əlavə edin.
Kərə yağı tam əriyib mayeyə qarışana qədər gözləyin. Ardınca qarğıdalıları qazana yerləşdirin, duz əlavə edin və qazanın qapağını tam bağlamadan örtün. Qarğıdalıları təxminən 10 dəqiqə və ya dənələri yumşalana qədər bişirin. Bu üsulla hazırlanan qarğıdalı ətirli, şirəli və ağızda əriyəcək qədər yumşaq alınır.
Qarğıdalını daha sürətli hazırlamaq üçün mikrodalğalı sobadan da istifadə etmək mümkündür. Üç ədədə qədər qarğıdalını qabıqları ilə birlikdə mikrodalğalı sobaya qoyun və yüksək gücdə təxminən 12 dəqiqə bişirin.
Qabıqlar təbii buxar mühiti yaradaraq qarğıdalının yumşaq və şirəli qalmasına kömək edir. Bişdikdən sonra qabıqları ehtiyatla çıxarın.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 701 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşI Nikolayın qızının cehizi bu qiymətə satıldı
Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ
14.11.2026 279 Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15.11.2026 286 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 510 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 568 Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 268 Pomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14.11.2026 343 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1201 Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində
14.11.2026 285 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 446