Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər - Mühüm xəbərdarlıq
"Boynu xarakterik xırtıltı səsi gələnə qədər kəskin şəkildə fırlatmaq vərdişi onurğa arteriyasının zədələnməsinə və nadir hallarda işemik insultun yaranmasına səbəb ola bilər".
Oxu.Az xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı nevroloq Aleksandr Tkaçyov deyib.
Mütəxəssisin sözlərinə görə, xırtıltı səsinin özü adətən təhlükəli vəziyyətin göstəricisi deyil. Çox vaxt bu, oynaq mayesi daxilində təzyiqin dəyişməsi və hərəkət zamanı partlayan qaz mikroqabarcıqlarının yaranması səbəbindən meydana gəlir.
Bəzən səslərin yaranmasına vətərlər və bağlar da səbəb olur. Təhlükə o zaman yaranır ki, insan başı ilə kəskin və genişamplitudlu hərəkətlər edərək mütəmadi olaraq xüsusi xırtıltı səsi çıxarmağa çalışır. Boyun nahiyəsində beynin arxa hissələrinin qanla təchizatını təmin edən onurğa arteriyaları yerləşir.
"Başı həddindən artıq fırlatdıqda və ya əydikdə damarın daxili qişasını zədələmək mümkündür. Buna onurğa arteriyasının disseksiyası deyilir. Zədələnmiş yerdə qan laxtası (tromb) yarana bilər. Tromblar qan dövranını poza bilir və bəzi hallarda işemik insultla nəticələnir", - deyə mütəxəssis izah edib.
Bununla yanaşı, həkim qeyd edib ki, belə ağırlaşmalara nadir rast gəlinir və vaxtaşırı boynunu xırtıldadan insanların əksəriyyəti onlarla qarşılaşmır. Lakin damar xəstəlikləri, birləşdirici toxumanın anadangəlmə zəifliyi, boyun travmaları olan xəstələrdə və ya kobud müdaxilələr zamanı risk daha yüksəkdir.
Nevroloqun fikrincə, kəskin hərəkətdən sonra boyun nahiyəsində qeyri-adi dərəcədə şiddətli ağrı, başgicəllənmə, koordinasiya pozğunluğu, ətrafların uyuşması və ya zəiflik həkimə təcili müraciət etmək üçün səbəb olmalıdır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 306 Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11.09.2026 381 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 350 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 365 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 413 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 190 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 419 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 468 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 304