Bred Pittdən Coliyə qarşı daha bir addım: şəxsi həyatına müdaxilə etdi: məhkəmədə səs-küylü qalmaqal

Bred Pittdən Coliyə qarşı daha bir addım: şəxsi həyatına müdaxilə etdi: məhkəmədə səs-küylü qalmaqalHollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında illərdir davam edən məhkəmə çəkişməsi yeni mərhələyə qədəm qoyub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşından ayrılıqdan sonrakı illərdə əldə etdiyi gəlirlər və qonorarlarla bağlı maliyyə sənədlərini təqdim etməsini tələb edir.

Mübahisənin növbəti mərhələsi Fransadakı Çateau Miraval şərabçılıq təsərrüfatı ilə bağlı məhkəmə işi çərçivəsində yaranıb. Pittin hüquqşünasları məhkəməyə yeni vəsatət təqdim edərək Colinin 2017-2019-cu illərə aid maliyyə sənədlərinin açıqlanmasını istəyiblər. Aktyorun tərəfi hesab edir ki, həmin məlumatlar işin araşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Bred Pittin vəkilləri bildiriblər ki, Ancelina Coli boşanmadan sonra keçmiş həyat yoldaşından maliyyə baxımından asılı olmamağa çalışdığını və bu səbəbdən müəyyən gəlir imkanlarını itirdiyini iddia edib. Onların fikrincə, məhz buna görə də həmin dövrdə əldə olunan gəlirlərin araşdırılması vacibdir.

"Əgər Ancelina Coli maliyyə təzyiqinə məruz qaldığını və iqtisadi müstəqillik uğrunda mübarizə apardığını bildirirsə, o zaman 2017-2019-cu illərə aid gəlirləri bu iş üçün mühüm əhəmiyyət kəsb edir", - Pittin hüquqşünasları qeyd ediblər.

Ancaq aktrisanın hüquq müdafiəçiləri bu tələblə razılaşmayıblar. Onlar bildiriblər ki, Coli artıq 2020 və 2021-ci illərə aid maliyyə sənədlərini təqdim edib. Vəkillərin sözlərinə görə, əvvəlki illərə aid vergi bəyannamələrinin tələb olunması üçün hüquqi əsas yoxdur və bu, aktrisanın şəxsi həyatın toxunulmazlığı hüququnu pozur.

Keçmiş cütlük arasında məhkəmə çəkişməsi artıq uzun illərdir davam edir və Hollivudun ən səs-küylü hüquqi mübahisələrindən biri hesab olunur. Tərəflər hələ də əmlak məsələlərində ortaq mövqeyə gələ bilməyiblər. İş üzrə yekun məhkəmə baxışının 2027-ci ilin avqustunda keçirilməsi planlaşdırılır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 416   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13.09.2026 578
.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik

20.09.2026 487
.

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq

Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ

22.09.2026 306
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 243
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 139
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 807
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20.09.2026 300
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 297
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13.09.2026 350
.