Fərid Qayıbov: "Üzgüçülük yarışında iştirakçıların sayı 30 faiz artıb"
"Artıq beşinci dəfədir ki, Mingəçevirdə bu yarış keçirilir. Beş ildir davam etməsi onun artıq ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır".
Oxu.Az xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, digər sevindirici məqam iştirakçıların sayının ildən-ilə artmasıdır:
"Ötən il də bunu qeyd etmişdik. Bu dəfə rəqəmlərə nəzər saldım və təxminən 30 faizə yaxın artımın olduğunu gördüm. Bu, kifayət qədər böyük göstəricidir. Təbii ki, bu artım həm Üzgüçülük Federasiyasının, həm də il ərzində bizim tərəfimizdən kütləvi idmanın inkişafı və təbliği istiqamətində görülən işlərin nəticəsidir.
Bizi ən çox sevindirən məqamlardan biri də bu qədər insanın buraya toplaşmasıdır. İştirakçılar müxtəlif şəhər və rayonlardan gəliblər. Təbii ki, Bakıdan gələnlərin sayı daha çoxdur. Yarışın artıq bir ənənəyə çevrilməsi və ildən-ilə daha çox insanı cəlb etməsi bizi çox sevindirir".
"Bütün iştirakçıları təbrik edirəm. Qadın iştirakçıların sayında da artım var. Burada müxtəlif yaş qruplarından insanların yarışdığını görürük. Həm uşaqlar, həm böyüklər, həm də 65 yaşdan yuxarı şəxslər iştirak ediblər. Bu gün Mingəçevirdə əsl idman bayramı yaşandı.
Çalışırıq ki, belə yarışları digər rayon və şəhərlərdə də daha çox keçirək. Dünən Gəncədə artıq ənənəyə çevrilən üzgüçülük yarışlarından biri təşkil olundu. Həm Gəncədə, həm də bu gün Mingəçevirdə çoxsaylı könüllülərin iştirak etdiyini görürük. Onlara da təşəkkür edirəm. Bu cür yarışlarda iştirak etmək könüllülər üçün də yaxşı təcrübə və yeni bacarıqlar qazanmaq baxımından mühüm fürsətdir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı olub.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 389 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMessi İspaniya futbol klubunu alır
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib. Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir. Yayılan məlumata görə, argentinalı futbolç
09.09.2026 376 Atletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13.09.2026 346 "Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14.09.2026 274 İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12.09.2026 249 Formula 2: Azərbaycan Qran-prisində sərbəst yürüş başladı
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb. Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib. Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çataca
24.09.2026 219 Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13.09.2026 285 Toralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
04.09.2026 294 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26.09.2026 195 "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı
"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı
22.09.2026 304