Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib.
"Report" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.
"Bir-biri ilə söhbət edən insanlarla dolu, izdihamlı pablarda cəmiyyətdə narahatlıq yaratmır. Bu, minlərlə iş yerinin mövcud olmasını təmin edən britaniyalıların həyat tərzidir", - deyə məlumatda qeyd olunub.
Daha əvvəl Vestminster bələdiyyə şurası Londonun mərkəzindəki ən gur iki məhəllədə - Soho və Vest-Enddə ayaqüstə içki qəbul edən pab ziyarətçilərinin sayının məhdudlaşdırılmasını təklif edib. Həftəiçi işdən sonra axşam saatlarında, eləcə də həftəsonları hər gün insanların izdihamı həmin ərazilərdəki içki müəssisələrində toplaşır.
Onlar yalnız barların daxilindəki bütün məkanı deyil, həm də səkiləri tutur. Bələdiyyə orqanlarının fikrincə, belə praktika yerli sakinlərin rahatlığını pozur və həddindən artıq alkoqol istifadəsinə səbəb olur. Vestminster şurası bildirib ki, təklif olunan təşəbbüs müəssisə sahiblərini daha çox oturacaq yerləri yaratmağa təşviq etmək məqsədi daşıyır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 728 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRomada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 170 İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə
29.09.2026 158 Yeni virus aşkarlandı - Bu əlamətlərlə özünü göstərir
Çində alimlər əvvəllər məlum olmayan, gənə dişləməsi ilə yayılan yeni virus aşkarlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Asiya uzunbuynuzlu gənə nairovirusu" (ALTNV) adlandırılan virusun qızdırma, güclü yorğunluq və həzm sistemi problemləri ilə müşayiət olunan qripəbənzər xəstəliy
29.09.2026 335 Sabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29.09.2026 211 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 153 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 204 Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək
29.09.2026 182 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 128 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay
29.09.2026 302