İrəvan sülh istəyirsə, bunu bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir
"Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində artıq sözlə əməl arasında ciddi fərqin yarandığını müşahidə edirik. Baş nazir Nikol Paşinyan beynəlxalq platformalarda sülh tərəfdarı olduğunu bəyan edir, Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır. Amma sülhün hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi üçün konkret addımlar məsələsində hələ də real nəticə görünmür.
Azərbaycanın mövqeyi kifayət qədər aydındır: sülh yalnız bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, sülh sazişinin imzalanması üçün zəruri prosedurların tamamlanması və digər razılaşdırılmış məsələlərin həlli bu prosesin mühüm elementləridir.
Burada əsas məsələ ondan ibarətdir ki, sülh prosesi imitasiya xarakteri daşımamalıdır. Əgər bir tərəf sülhdən danışır, digər tərəfdən isə həmin sülhün qarşısında dayanan hüquqi və siyasi maneələri aradan qaldırmaq üçün addım atmırsa, bu, təbii olaraq suallar yaradır."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Paşinyan hökuməti anlamalıdır ki, Azərbaycan üçün sülh sadəcə siyasi şüar deyil. Azərbaycan real, davamlı və gələcəkdə yeni ərazi iddialarına yol verməyəcək hüquqi təminatlarla müşayiət olunan sülh istəyir. Çünki Azərbaycan 30 il ərzində işğal siyasətinin və onun yaratdığı nəticələrin nə demək olduğunu çox yaxşı bilir.
Eyni zamanda, Ermənistan daxilində konstitusiya dəyişikliyi məsələsinin siyasi manipulyasiya predmetinə çevrilməsi də prosesə mənfi təsir göstərə bilər. İrəvan bu məsələni daxili siyasi gündəliklə əlaqələndirib sonsuzadək təxirə salarsa, bu, qarşılıqlı etimadın formalaşmasına zərbə vura bilər.
"Hesab edirəm ki, hazırda sülh prosesinin qarşısında əsas problem danışıqların aparılmasından daha çox, əldə olunmuş siyasi razılaşmaların əməli müstəviyə keçirilməsidir. Sülh masasında verilən vədlər artıq konkret hüquqi və siyasi qərarlarla təsdiqlənməlidir.
Əks halda, Ermənistan rəhbərliyinin "sülh istəyirik" mesajları ilə real davranışları arasında yaranan ziddiyyət sülh prosesini ləngidə, hətta müəyyən mərhələdə yeni gərginlik riskləri yarada bilər.
Azərbaycan tərəfi isə bu məsələdə kifayət qədər ardıcıl mövqe nümayiş etdirir: sülh mümkündür, amma bu sülh qarşılıqlı məsuliyyət, hüquqi öhdəliklər və real addımlar üzərində qurulmalıdır. İndi növbə Ermənistanındır. Əgər İrəvan həqiqətən sülh istəyirsə, bunu artıq bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir.
Çünki sülhə gedən yol sözlərdən deyil, siyasi iradədən və əməli fəaliyyətlərdən keçir." - deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 715 Tarix: 10 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRomada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 170 İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə
29.09.2026 158 Yeni virus aşkarlandı - Bu əlamətlərlə özünü göstərir
Çində alimlər əvvəllər məlum olmayan, gənə dişləməsi ilə yayılan yeni virus aşkarlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Asiya uzunbuynuzlu gənə nairovirusu" (ALTNV) adlandırılan virusun qızdırma, güclü yorğunluq və həzm sistemi problemləri ilə müşayiət olunan qripəbənzər xəstəliy
29.09.2026 335 Sabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29.09.2026 211 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 153 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 204 Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər
Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək
29.09.2026 182 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 128 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay
29.09.2026 302