Həkimdən xəbərdarlıq: Baş və boyun xərçənginin bu əlamətlərini görməzliyə vurmayın
"Baş və boyun xərçəngi ağız boşluğu, udlaq, qırtlaq, burun boşluğu və burunətrafı ciblərdə yaranan bədxassəli şişlər qrupunun ümumi adıdır".
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı kəkim-otorinolarinqoloq Andrey Makarin-Kibak danışıb.
Onun sözlərinə görə, xəstəlik daha çox 50-60 yaşdan yuxarı insanlarda aşkarlansa da, son illərdə xüsusilə insan papilloma virusu (HPV) ilə əlaqəli ağız-udlaq şişləri səbəbindən gənc xəstələrin sayı artmaqdadır.
Həkim diqqət yetirilməsi vacib olan əsas əlamətləri sadalayıb:
Səsin xırıltılı olması və ya tembrinin dəyişməsi;
Ağız boşluğunun selikli qişasında və ya dildə sağalmayan yaralar;
Boyunda limfa düyünlərinin böyüməsi;
Burunun bir tərəfli tutulması;
Boğazda yad cisim və ya "düyün" hissi, udqunma çətinliyi;
Aydın səbəb olmadan boğazın və ya qulağın bir tərəfli ağrısı.
Makarin-Kibak qeyd edib ki, baş və boyun xərçəngi elə onkoloji xəstəliklərdəndir ki, bir çox hallarda şişlər ciddi simptomlar yaranmadan əvvəl aşkar edilə bilər.
"Xəstəlik erkən mərhələdə müəyyən edilərsə, tam sağalma ehtimalı 90 faizdən çoxdur. Əsas problem isə xəstələrin çox vaxt artıq III-IV mərhələdə həkimə müraciət etməsidir. Bu zaman müalicə daha mürəkkəb olur", - deyə o vurğulayıb.
Mütəxəssis xəbərdarlıq edib ki, siqaret çəkmək ağız boşluğu, udlaq və qırtlaq şişlərinin yaranmasında əsas risk faktorlarından biridir. Xüsusilə siqaret və alkoqolun birlikdə istifadəsi təhlükəlidir, çünki bu amillər bir-birinin kanserogen təsirini gücləndirir.
Həkimin sözlərinə görə, baş və boyun nahiyəsindəki şişlərin 25-30 faizi, ağız-udlaq şişlərinin isə daha böyük hissəsi insan papilloma virusu (HPV) ilə əlaqəlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 423 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 123 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 296 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 337 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29.09.2026 136 Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21.09.2026 365 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 279 Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20.09.2026 370 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 449