Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ
ABŞ-ın Appalaç dağlarının təcrid olunmuş bölgəsində yaşayan Fyugeyt ailəsi görənləri və eşidənləri heyrətə gətirir. Ailənin tarixçəsi coğrafi təcridin və uzun illər davam edən yaxın qohum nikahlarının necə qəribə və qorxuducu bioloji nəticələrə səbəb ola biləcəyinin klassik nümunəsidir.
Lent.az xarici mediaya istinadla bildirir ki, nəsillər boyu bu ailənin bir çox üzvü nəzərəçarpacaq dərəcədə mavi və ya boz çalarlı dəri ilə doğulub.
Hekayə təxminən 1820-ci ildə başlayıb. Martin Fyugeyt adlı köçkün Kentukki ştatında Trabblesam-Krik çayı yaxınlığında məskunlaşıb və Elizabet Smartla evlənib. Martinin özündə də nadir genetik xüsusiyyət olub və dərisinin rəngi fərqli çalarla seçilib.
İcmanın çox uzaq və təcrid olunmuş ərazidə yerləşməsi, tanışlıq dairəsinin isə son dərəcə məhdud olması səbəbindən onun sonrakı nəsilləri həyat yoldaşı seçimində çox vaxt yaxın qohumlar arasında seçim etməli olublar.
Adi şəraitdə böyük genofond daxilində itib gedə biləcək resessiv gen bu təcrid olunmuş mühitdə sürətlə yayılmağa başlayıb. Nəticədə Martin və Elizabetin yeddi övladından dördündə eyni xüsusiyyət üzə çıxıb.
Ailə üzvlərinin qeyri-adi görünüşünün səbəbi methemoqlobinemiya adlanan nadir qan xəstəliyi olub. Bu patologiya zamanı hemoqlobin oksigeni orqanizmə normal şəkildə daşımaq qabiliyyətini itirir və sianoz yaranır.
Xarici görünüşdə isə bu, dərinin, selikli qişaların, dodaqların və dırnaq yataqlarının mavi, bənövşəyi və ya boz rəng alması ilə özünü göstərir.
Appalaç bölgəsində cəmi bir neçə soyadın - Fyugeyt, Smit, Kombs, Riçi və Steysi ailələrinin üstünlük təşkil etməsi qohumluq əlaqələrinin daha da sıxlaşmasına səbəb olub.
Vəziyyət o həddə çatıb ki, ailə üzvləri əmioğlu və dayıoğlu qızları ilə, hətta öz xalaları və bibiləri ilə evləniblər. Bu isə genetik mutasiyanın nəsildən-nəslə ötürülməsini daha da gücləndirib.
Bu tarixçənin ən diqqətçəkən simalarından biri Luna Fyugeyt olub. O, yaxın qohumlar arasındakı nikahdan dünyaya gəlib. Şahidlər onun dərisinin tünd mavi rəngdə olduğunu, dodaqlarının isə sanki göyərmiş kimi göründüyünü qeyd ediblər.
XIX əsrdə Luna Con Steysi ilə evlənib və 13 uşaq dünyaya gətirib. Bununla da nadir genetik xüsusiyyət sonrakı nəsillərə ötürülməyə davam edib.
1960-cı illərdə isə vəziyyət dəyişməyə başlayıb. Kentukki Universitetindən doktor Medison Kaveyn bu nadir fenomenlə maraqlanıb. O, Fyugeyt ailəsinin həyatda olan üzvlərini taparaq onların qanını ətraflı şəkildə araşdırıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, ailə üzvlərinin orqanizmində hemoqlobinin normal fəaliyyəti üçün vacib olan fermentlərdən biri ciddi şəkildə çatışmır.
Həkim bu çatışmazlığın metilen mavisi vasitəsilə aradan qaldırıla biləcəyini ehtimal edib. Təcrübənin nəticəsi gözləntiləri də üstələyib: ilk inyeksiyadan sonra belə dəridəki mavi rəng nəzərəçarpacaq şəkildə yox olub.
Preparatın müntəzəm qəbulu sayəsində ailə üzvləri nadir xəstəliyin əlamətlərini aradan qaldıra və daha normal həyat sürə biliblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 869 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 187 Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir
ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə
29.09.2026 168 İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə
29.09.2026 158 Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29.09.2026 218 Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29.09.2026 197 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 278 "Reuters"in müxbiri Kiyevdə partlayış səsləri eşidildiyini bildirib
Reuters-in müxbiri bildirib ki, Rusiya müharibənin beşinci ilində ölkəyə qarşı demək olar ki, gündəlik hücumlarını davam etdirdiyi bir vaxtda, çərşənbə axşamı səhər Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram-d
29.09.2026 190 Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 143 Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29.09.2026 322