Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadırÖlkəmizin bütün regionlarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası, burada tam yeni infrastrukturun yaradılması, işğal illərində dağıdılmış şəhər, qəsəbə və kəndlərin yenidən inşası və illərlə döğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə geri qayıdışı iləri ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilir.
Bu çox böyük səylər, maliyyə vəsaiti tələb edən işlər heç bir kənar köməklik olmadan, ölkənin öz imkanları hesabina aparılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriliən qlobal işlərlə yanaşı ölkənin digər bölgələrində də quruculuq işləri aparılır. Ölkədəki inkişaf onun ayrılmaz hissəsi olan Naxçıvanda da davam etdirilir.
Naxçıvanda iqtisadi və sosial sferada həyata keçirilən işlərlə yaxından tanışlıq məqsədi ilə avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti seçildiyi 2003-c ildən bəri ölkə başçısı Naxçıvana 17 səfər edib. Hər bir səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olunub və Naxçıvanın ümumi inkişafı təmin edilib.
Naxçıvana səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə, Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə, "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı", Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar, həmçinin Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında, Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə, "Naxçıvan" Mehmanxana Kompleksinin təməlqoyma mərasimində, "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında və Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib. Bildirilib ki, son 23 il ərzində ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında olmuşdur. Bu istiqamətdə də böyük işlər görülüb, ölkə başçısının müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordu və yeni komando qüvvələri yaralıb, Naxçıvandakı hərbi hissələri ən müasir texnika və digər vasitələrlə təchiz edilib, bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev xususi qeyd edib ki, "Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək".
Öz müsahibəsində Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işlərə xüsusi yer ayırıb. Avqustun 11-də Naxçıvan Sənaye Parkının təməli qoyulub və tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, burada Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Sənaye Parkında yaradılacaq təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. İşə salındıqdan sonra bu stansiya həm Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin edəcək, həm də burada istehsal edilən enerji ixrac ediləcəkdir.
Müsahibədə ölkə başçısı bu gün Azərbaycanın regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkə olduğunu bildirib. "Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin", - deyə dövlətimizin başçısı vurğulayıb.
Vurğulanıb ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı məqsədi ilə İran İslam Respublikası ilə qaz mübadiləsi sazişi imzalanıb. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilib, eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilib və bununla da Naxçıvan mübadilə yolu ilə 100 faiz təbii qazla təmin edilib.
Hazırda Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq Naxçıvanda yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi 600 hektardan çox ərazi müəyyən edilib. "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik", - deyə dövlətimizin başçısı qeyd edib.
Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Bununla əlaqədar, Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması məsələləri ölkə başçısının nəzarətində olan məsələlərdən biridir. AzTV-yə müsahibəsində dövlətimizib başçısı bu məsələni xüsusi qeyd edərək deyib: "Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir".
Öz müsahibəsində cənab Prezident Azərbaycan xalqının xoşbəxt xalq olduğunu, bizim tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bildiyimizi səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib".
Bu gün qədim Naxçıvan real inkişaf edir. Bir qədər əvvəl qəbul edilən ölkəmizin kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılıb və lazımi vəsait nəzərdə tutulub. Hazırda Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün vacib olan amil - suvarma layihələri icra edilir. Yaxın vaxtlarda burada bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq və bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, Naxçıvanın inkişafı daha sürətli və hərtərəfli olacaqdır.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 179
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 136
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. BİG.AZ -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi il

29.09.2026 232
.

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanay

29.09.2026 302
.

Romada "Harmoniya" sənədli filminin təqdimatı olub

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ

29.09.2026 170
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 174
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 279
.